• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Favorit, sirr və “ədviyyat” – FOTOLAR

  • İdman
  • 21 Aprel 2014 13:14
  • 1 040 Baxış
Favorit, sirr və “ədviyyat” – FOTOLAR

Braziliyada təşkil olunacaq dünya çempionatına az qalıb. 20-ci böyük futbol forumuna qatılacaq komandaların iştirak ərizələri hələ tam hazır olmasa da, əsas sütunlar bəllidi.

Publika.az “Mundiala səyahət” layihəsi çərçivəsində qrupları təqdim edir. Ev sahibi Braziliya millisinin yer aldığı A qrupundan başlayırıq. Bundan sonrakı sıralama da əlifba sırasına görə olacaq.

Yenilənmiş Braziliya

rtıq publika.az saytında oxuculara Braziliya millisi haqqında geniş məlumat vermişik. Bu vaxta qədər bütün mundiallarda iştirak etmiş pentakampeonlar adlarından göründüyü kimi, turnirin beşqat qalibidi. “Sambaçılar” Luiş Felipe Skolarinin gəlişindən sonra əla formadadı. Skolarinin artıq dünya kubokunda böyük təcrübəsi var. 2002-ci ildə ölkəsini turnirin qalibi edən təcrübəli mütəxəssis eyni uğuru təkrarlamaq üçün yenidən komandanın başına gətirildi. Həmin vaxt isə komandanın vəziyyəti heç də yaxşı deyildi. Zaman və müasir futbol artıq Braziliya millisində dəyişiklikləri labüd edirdi. Skolari isə ondan əvvəl bu postda çalışmış mütəxəssislərdən fərqli olaraq bu addımı atdı. Nəticədə dünya şöhrətli Ronaldinyo, Kaka, Robinyo kimi futbolçular millidən kənar qaldılar. Komandanın heyəti gəncləşdirildi. Skolari sayıq davranaraq komandanın müdafiə xəttinə xüsusi diqqət yetirdi. Arxa xətdə Dante, Lusio, Luizao, Dani Alveş, Tyaqo Silva, David Luiz, Marselo, Felipe Luis kimi təcrübəli futbolçuların xidmətlərindən istifadə etdi. Bunun nəticəsində braziliyalılar keçirdikləri son beş görüşün hamısında qalib gəlməklə yanaşı, cəmi bir dəfə rəqiblərinə qol vurmaq imkanı yaradıblar. 2002-ci ildə dünya çempionu olmuş çalışdırıcının fikrincə, bu müdafiə xətti Braziliya millisinin tarixinin ən güclü müdafiəçilərindən qurulub. Yarımmüdafiədə Fernando, Lukas Moura, Oskar, Luis Qustavo, Paulinyo, Bernard kimi püxtələşmiş və Jadson, Jean, Hernanes kimi təcrübəli futbolçular yer alıb. Hücum xəttində isə Neymar, Halk, Fred və Jonun iştirak edəcəyi gözlənilir. Skolari daha çox 4-3-2-1 taktiki sxeminə üstünlük verir.

4-cü cəhd

1991-ci ildə Yuqoslaviyanın dağılmasından sonra yaranan Xorvatiya futbol baxımından problemlərlə qarşılaşmadı. Əksinə, qısa zamanda böyük uğurlara imza atmaqla Balkan yarımadasında futbolun ənənəsinə sahib olduğunu isbatladı. 1996-cı il Avropa çempionatında yarımfinala qədər irəliləyən “damalılar” ilk mundial həyəcanını 1998-ci ildə yaşadılar. Elə həmin turnirdə 1/4 finala qədər yüksəlməyə imkan tapdılar. 2002, 2006-cı illər mundialında qrup mərhələsindəcə mübarizəni dayandıran xorvatlar 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya kubokundan kənar qaldı. Budəfəki seçmə mərhələdə isə Belçika, Serbiya, Makedoniya, Uels, Şotlandiya kimi millilərlə eyni qrupda yer alan Niko Kovaçın yetirmələri təkcə “qırmızı şeytanlar”dan geri qaldılar. Pley-off matçlarında iki oyunun nəticəsinə görə İslandiya millisini (0:0, 0:2) məğlub edən xorvatlar bununla da dördüncü dəfə dünya kubokuna vəsiqə qazandılar. Kovaçın sərəncamında Dario Srna, Vedran Çorluka, Luka Modriç, İvan Rakitiç, İvan Perişiç, Mario Mancukiç kimi futbolçular var. “Qoca qurd” İvitsa Oliçi də unutmaq olmaz. Turnirdən sonra futbolçu karyerasını başa vurmaq istəyən forvard qapını möhkəm çırpmaq niyyətindədi. Xorvatlar daha çox 4-4-2 və ya 4-5-1 taktiki sxeminə üstünlük verirlər.

Sirli Meksika

Budəfəki dünya kuboku Meksika millisi üçün sayca 15-ci olacaq. Əvvəlki 14 mundial ərzində ən yaxşı halda 1/4 finala qədər irəliləyən «üçrənglilər» bu uğura cəmi iki dəfə imza atıblar. Son beş turnirin hamısında qrup mərhələsini adlamaq mümkün olub. Meksikalıların bu dəfə hansı nəticəyə imza atacaqları maraqla gözlənilir. Buna səbəb isə şimali amerikalıların dünya çempionatına çətinliklə vəsiqə qazanmasıdı. KONKAKAF zonasında ABŞ, Kosta-Rika və Hondurası özündən irəli buraxan Meksika millisi gözləmədiyimiz şəkildə vəsiqəni Yeni Zelandiya ilə pley-off matçına saxladı. Okeaniya təmsilçisi Migel Herreranın yetirmələrinə problem yarada bilmədi (5:1, 4:2). 46 yaşlı Herrera dünya çempionatında bir sıra təcrübəli futbolçuların xidmətindən yararlana biləcək. Bu siyahıda təcrübəli Gilyermo Oçoa, Rafael Markez, Hektor Moreno, Karlos Salsido, Andres Quardado ilə yanaşı, gənc Xavyer Aquyno, Hektor Herrera, Xavyer Hernandes və Covanni Dos Santos kimi futbolçular var. Adını qeyd etdiyimiz son üç futbolçu isə bu mundialı səbirsizlklə gözləyir. Belə ki, Herrera və Dos Santos nəhəng klubların diqqətini cəlb etmək niyyətindədisə, adı “Mançester Yunayted”dən ayrıla biləcək oyunçular siyahısında olan Çiçarito nəyə qadir olduğunu göstərməyə çalışacaq. Migel Herrera daha çox 4-4-1-1 taktiki sxeminə üstünlük verir.

Mundialların “ədviyyat”ı

Afrikanın beş təmsilçisindən biri olan Kamerun millisi dünya kubokunda heç də böyük uğurlara imza atmayıb. 1982-ci ildən bəri 6 mundialda iştirak edən “inadkar aslanlar” yalnız 1990-cı ildə qrup mərhələsini adlamağa nail olub. 1/4 final mərhələsində isə afrikalıların qarşısını İngiltərə millisi (2:3) kəsib. CAR-da keçirilən dünya kubokunda bütün oyunlarda məğlub olaraq mübarizəni dayandıran kamerunluların bu nəticəsi ölkədə heç də yaxşı qarşılanmamışdı. Afrikada seçmə mərhələ oyunları üç mərhələdə keçirilir. Reytinq baxımından öndə olan Kamerun millisi ilk mərhələdən azad olduğundan, ikinci mərhələdən mübarizəyə qoşulub. Liviya, Konqo DR və Toqo ilə eyni qrupda mübarizə aparan “sarı-yaşıllar” üçüncü mərhələyə qrup lideri kimi yüksəlib. Həlledici mərhələdə Tunislə pley-off oyununa (0:0, 4:1) çıxan “aslanlar” bu mərhələni də üzüağ adlamağı bacarıblar.

Braziliyada keçiriləcək mundialda Folker Finkin sərəncamında xeyli sayda təcrübəli və güclü futbolçular yer alacaq. Sözsüz ki, komandanın lideri “Çelsi”nin hücumçusu Samuel Eto`O olacaq. “Barselona”nın şərəfini qoruyan, universallığı ilə seçilən Aleks Sonqu da unutmaq olmaz. Alman mütəxəssis həmçinin Orelyen Şedju, Nikolas N`Kulu, Assu-Ekotto, Jan Makun, Joel Matip və başqa futbolçuların xidmətindən yararlana biləcək.

A qrupu

Braziliya, Xorvatiya, Meksika, Kamerun

Təqvim

12 iyun

00:00 Braziliya - Xorvatiya (San-Paulu)

13 iyun

20:00 Meksika - Kamerun (Natal)

17 iyun

23:00 Braziliya - Meksika (Fortaleza)

19 iyun

02:00 Kamerun - Xorvatiya (Manaus)

24 iyun

00:00 Kamerun - Braziliya (Braziliya)

00:00 Xorvatiya - Meksika (Resifi)

Braziliya

Qitə: Cənubi Amerika

FİFA reytinqi: 7

Baş məşqçi: Luis Felipe Skolari

Yaranma ili: 1914

FİFA üzvü: 1923

Ölkə ərazisi: 8511965 kv km

Əhalisi: 186 milyon nəfər

Paytaxtı: Braziliya

DÇ-lərdə: 19 dəfə (bütün turnirlərdə iştirak edib)

Qalib: 5 (1958, 1962, 1970, 1994, 2002)

Finalçı: 2 (1950, 1998)

Cənubi Amerika kubokunda: 33

Qalib: 8 (1919, 1922, 1949, 1989, 1997, 1999, 2004, 2007)

Finalçı: 11 (1921, 1925, 1937, 1945, 1946, 1953, 1957, 1959, 1983, 1991, 1995)

Bütün dövrlərdə Ən çox oyun keçirənlər:

Kafu (142), Roberto Karlos (125), Lusio (105).

Ən çox qol vuranlar: Pele (77), Ronaldo (62), Romario (55).

Qızıl topu qazananlar: Ronaldo (1997, 2002), Rivaldo (1999), Ronaldinyo (2005), Kaka (2007).

Cənubi Amerikada ilin oyunçusu: Tostao (1971), Pele (1973), Ziko (1977, 1981, 1982, 1983), Bebeto (1989),

Rai (1992), Kafu (1994), Romario (2000), Neymar (2011, 2012)

İndiki yığmada

Ən çox oyun keçirənlər: Julio Sezar (74), Dani Alveş (70), Maykon (66).

Ən çox qol vuranlar: Neymar (24), Fred (16), Oskar, Halk, Maykon (hamısı - 6).

Yoldaşlıq oyunları

2013-cü il

21 mart. İtaliya - Braziliya 2:2

25 mart. Braziliya - Rusiya 1:1

6 aprel. Boliviya - Braziliya 0:4

24 aprel. Braziliya - Çili 2:2

2 iyun. Braziliya - İngiltərə 2:2

9 iyun. Braziliya - Fransa 3:0

Konfederasiyalar kuboku

A qrupu

15 iyun. Braziliya - Yaponiya 3:0

19 iyun. Braziliya - Meksika 2:0

22 iyun. İtaliya - Braziliya 2:4

Yarımfinal

26 iyun. Braziliya - Uruqvay 2:1

Final

30 iyun. Braziliya - İspaniya 3:0

Yoldaşlıq oyunları

14 avqust. İsveçrə - Braziliya 1:0

7 sentyabr. Braziliya - Avstraliya 6:0

10 sentyabr. Braziliya - Portuqaliya 3:1

12 oktyabr. Cənubi Koreya - Braziliya 0:2

15 oktyabr. Braziliya - Zambiya 2:0

16 noyabr. Honduras - Braziliya 0:5

19 noyabr. Braziliya - Çili 2:1

2014-cü il

5 mart. CAR - Braziliya 0:5

Növbəti oyunlar

3 iyun. Braziliya - Panama

6 iyun. Braziliya - Serbiya

**

Xorvatiya

Qitə: Avropa

FİFA reytinqi: 20

Baş məşqçi: Niko Kovaç

Yaranma ili: 1912

FİFA üzvü: 1941

Ölkə ərazisi: 56594 kv km

Əhalisi: 4,3 milyon nəfər

Paytaxtı: Zaqreb

DÇ-lərdə: 3

Ən yaxşı nəticəsi: 3-cü yer (1998)

AÇ-lərdə: 4

Ən yaxşı nəticəsi: 1/4 final (1996, 2008)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Dario Srna (110), Stipe Pletikosa (109), Yosip Şimuniç (105).

Ən çox qol vuranlar: Davor Şuker (45), Eduardo Silva (29), Dario Srna (21).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Dario Srna (110), Stipe Pletikosa (109), Yosip Şimuniç (105).

Ən çox qol vuranlar: Eduardo (29), Dario Srna (21), İvitsa Oliç (16).

DÇ-2014. Seçmə tsikl

A qrupu

2012-ci il

7 sentyabr. Xorvatiya - Makedoniya 1:0

11 sentyabr. Belçika - Xorvatiya 1:1

12 oktyabr. Makedoniya - Xorvatiya 1:2

16 oktyabr. Xorvatiya - Uels 2:0

2013-cü il

22 mart. Xorvatiya - Serbiya 2:0

26 mart. Uels - Xorvatiya 1:2

7 iyun. Xorvatiya - Şotlandiya 0:1

6 sentyabr. Serbiya - Xorvatiya 1:1

11 oktyabr. Xorvatiya - Belçika 1:2

15 oktyabr. Şotlandiya - Xorvatiya 2:0

Pley-off

15 noyabr. İslandiya - Xorvatiya 0:0

19 noyabr. Xorvatiya - İslandiya 2:0

**

Meksika

Qitə: Şimali Amerika

FİFA reytinqi: 19

Baş məşqçi: Miqel Errera

Yaranma ili: 1927

FİİFA üzvü: 1929

Ölkə ərazisi: 1972550 kv km

Əhalisi: 116,2 milyon nəfər

Paytaxtı: Mexiko

DÇ-lərdə: 14

Ən yaxşı nəticələri: 1/4 final (1970, 1986)

KONKAKAF Qızıl kubokunda: 20

Qalib: 9 (1965, 1971, 1977, 1993, 1996, 1998, 2003, 2009, 2011)

Finalçı: 2 (1967, 2007)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Klaudio Suares (178), Pavel Pardo (146), Xerardo Torrado (146).

Ən çox qol vuranlar: Xared Borqetti (46), Kuatemok Blanko (39), Karlos Ermosilyo (35).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Xerardo Torrado (146), Karlos Salsido (119), Rafael Markez (115).

Ən çox qol vuranlar: Xavyer Hernandes (35), Omar Bravo, Oribe Peralta (hər ikisi - 15), Covanni Dos Santos,

Rafael Markez, Andres Quardado (hamısı - 14).

DÇ-2014. Seçmə tsikl

2-ci qrup mərhələsi

2012-ci il

9 iyun. Meksika - Qayana 3:1

13 iyun. Salvador - Meksika 1:2

8 sentyabr. Kosta-Rika - Meksika 0:2

12 sentyabr. Meksika - Kosta-Rika 1:0

13 oktyabr. Qayana - Meksika 0:5

17 oktyabr. Meksika - Salvador 2:0

3-cü qrup mərhələsi

2013-cü il

7 fevral. Meksika - Yamayka 0:0

22 mart. Honduras - Meksika 2:2

27 mart. Meksika - ABŞ 0:0

5 iyun. Yamayka - Meksika 0:1

8 iyun. Panama - Meksika 0:0

12 iyun. Meksika - Kosta-Rika 0:0

7 sentyabr. Meksika - Honduras 1:2

11 sentyabr. ABŞ - Meksika 2:0

12 oktyabr. Meksika - Panama 2:1

16 oktyabr. Kosta-Rika - Meksika 2:1

Pley-off

13 noyabr. Meksika - Yeni Zelandiya 5:1

20 noyabr. Yeni Zelandiya - Meksika 2:4

**

Kamerun

Qitə: Afrika

FİFA reytinqi: 50

Baş məşqçisi: Folker Finke

Yaranma ili: 1959

FİFA üzvü: 1962

Ölkə ərazisi: 475442 kv km

Əhalisi: 20,5 milyon nəfər

Paytaxtı: Yaunde

DÇ-lərdə: 6

Ən yaxşı nəticəsi: 1/4 final (1990)

Afrika Millətlər Kuboku: 16

Qalib: 4 (1984, 1988, 2000, 2002)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Riqober Sonq (137), Jeremi Ncitap (118), Tomas Nkono (112).

Ən çox qol vuranlar: Samuel Eto`O (55), Patrik Mboma (33), Roje Milla (28).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Samuel Eto`O (110), Karlos Kameni (70), Pyer Vome (68).

Ən çox qol vuranlar: Samuel Eto`O (55), Pyer Vebo (17), Çupo-Motinq (9).

DÇ-2014. Seçmə mərhələ

Qrup mərhələsi

2012-ci il

2 iyun. Kamerun - Konqo DR 1:0

10 iyun. Liviya - Kamerun 2:1

2013-cü il

23 mart. Kamerun - Toqo 2:1

9 iyun. Toqo - Kamerun 0:3

16 iyun. Konqo DR - Kamerun 0:0

8 sentyabr. Kamerun - Liviya 1:0

Pley-off

13 oktyabr. Tunis - Kamerun 0:0

17 noyabr. Kamerun - Tunis 4:1

Natiq

Xəbər lenti

DAHA ÇOX XƏBƏR