• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Təəccübləndirdi - “Belə gediş görməmişdim” – FOTOLAR

  • İdman
  • 22 Aprel 2014 09:59
  • 693 Baxış
Təəccübləndirdi -  “Belə gediş görməmişdim” – FOTOLAR

Şəmkirdə mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir davam edir.

Publika.az xəbər verir ki, dünya çempionu Maqnus Karlsen 2-ci turda da qalib gəlib. Norveçli zəka sahibi amerikalı Hikaru Nakamuranı məğlub edib. Sergey Karyakin Fabiano Karuanyala “sülh” bağlayıb. Elə azərbaycanlı şahmatçıların – Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun görüşündə də qalib müəyyənləşməyib.

Şəhriyar Məmmədyarov “Shamkir Chess” turnirinin 2-ci turunda Teymur Rəcəbovla heç-heçədən sonra mətbuat konfransında suallara cavab verib: "Teymur debütlə məni təəccübləndirdi. 6-7 yaşından biz oynayırıq, amma belə gediş görməmişdim. Fikrimcə bir neçə ay oynamayan Teymur Şəmkir turnirinə yaxşı hazırlaşıb və yeni taktikaları məşq edib. İstəməzdim ev tapşırığına düşüm. Karlsenə uduzandan sonra istəyirdim bir qədər daha yaxşı oynayım. Risk etmədim və heç-heçəylə başa çatdı. Bir qədər yorğunluq var. İddiaçılar turnirindən sonra dərhal Şəmkirə hazırlaşdım. İddiaçılar da tam fərqli rəqiblər idi. Şahmat elədir ki, hər rəqibə saatlarla hazırlaşırsan. Bu çox vaxt aparır, adam bəzən yorulur. Hərdən fikirləşirdim ki, gərək boksla məşğul olardım. Uzağı rinqə çıxanda gözümün altı qaralacaqdı. Şahmatda başımız işləyir və psixoloji zərbə alırıq".

Şəhriyar Teymur Rəcəbovla rəqabətə də münasibət bildirib: "Biz uzun illərdir Azərbaycan yığmasının şərəfini qoruyuruq. Bizim üçün əsas milli komandadır. İnanın, əgər seçməli olsam Teymur və ya digər rəqib, mütləq digər rəqib üzərində qələbə qazanaram. Sözsüz, şahmatda rəqibik. Amma partiyadan sonra dostuq. Mən şahmata gələndə Teymur artıq ulduz idi. O, beynəlxalq usta olanda mənim heç reytinqim olmayıb".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR