“Qızıl buts” mübarizəsində Ronaldo və Messini kim geridə qoyur?
Bizi izləyin

İdman

“Qızıl buts” mübarizəsində Ronaldo və Messini kim geridə qoyur?

“Qızıl buts” mübarizəsində Ronaldo və Messini kim geridə qoyur?

“Liverpul”un oyunçusu Luis Suares “Qızıl buts” uğrunda mübarizədə “Real”ın ulduzu Ronaldonu 4 xal geridə qoyur. Suares İngiltərə Premyer-Liqasının 35-ci turunda “Norviç”in qapısına qol vuraraq bu mövsümdə vurduğu qolların sayını 30-a çatdırıb. Bu isə ümumilikdə 60 xal deməkdir.

Zədə səbəbilə İspaniya La Liqasının ötən turunu buraxan Ronaldonun hesabında isə 28 qol var (56 xal).

Həmçinin Dieqo Kosta “Elçe” ilə görüşdə fərqlənməklə Ronaldo ilə xal fərqini bir qədər azaldıb. Aktivində 27 qol olan “Atletiko”nun forvardı 54 xal toplayıb. Lionel Messi 52 balla növbəti sırada yer alıb.

Qeyd edək ki, Ronaldo cari mövsümdə hələ 5, Messi və Kosta 4, Suares isə daha 3 matç keçirəcək.

“Qızıl buts”a layiq 10 namizədi diqqətinizə çatdırırıq:

1. Luis Suarez ("Liverpul") - 60

2. Kriştiano Ronaldo ("Real") - 56

3. Dieqo Kosta ("Atletiko") - 54

4. Lionel Messi ("Barselona") - 52

5. Xonatan Soriano ("Red Bull Salsburq") - 45

6. Alfred Finnboqason ("Herenven") - 40.5

7-8. Daniel Starric ("Liverpul") - 40

7-8. Çiro İmmobile ("Torino") - 40

9. Zlatan İbrahimoviç ("PSJ") - 37.5

10-13. Alan ("Red Bull Salsburq") - 36

10-13. Karlos Teves ("Yuventus") - 36

10-13. Yaya Ture ("Mançester Siti") - 36

10-13. Cekson Martines ("Portu") – 36

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm