AL: “Qəbələ” yenə xalsız qaldı, Florensiyada son nöqtəni "Qarabağ" qoydu (YENİLƏNİB)
Bizi izləyin

İdman

AL: “Qəbələ” yenə xalsız qaldı, Florensiyada son nöqtəni "Qarabağ" qoydu (YENİLƏNİB)

"Qəbələ" evdə “Maynts”ı qəbul edəcək, "Qarabağ" isə Florensiyada “Fiorentina”nın qonağı olacaq.

Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Azərbaycanın iki klubu növbəti oyunlarını keçirib.

Publika.az xəbər verir ki, "Qəbələ" evdə “Maynts”ı qəbul edib, "Qarabağ" isə Florensiyada “Fiorentina”nın qonağı olub.

"Bakcell Arena"da keçirilən "Qəbələ" - "Maynts" qarşılaşması bolqollu alınıb. Təəssüf ki, Roman Qriqorçukun rəhbərlik etdiyi komanda bu dəfə də qələbəyə həsrət qalıb. "Qara-qırmızılar" ilk görüşdə Belçikanın "Anderlext" klubuna 1:3 hesabı ilə məğlub olub. "Qəbələ" iki turdan sonra qrupun sonuncu pilləsində qərarlaşıb.

J qrupunda çıxış edən "Qarabağ" səfərdə İtaliyanın "Fiorentina" klubu ilə qarşılaşıb. Qitə turnirinin qrup mərhələsinin ilk oyununda Çexiyanın "Slovan" klubu ilə 2:2 hesablı bərabərliyə razılaşan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda səfərdə darmadağın olub. İtalyanlar Qurban Qurbanovun yetirmələrinə əsl futbol dərsi keçib. Hərçənd oyunda son nöqtəni "Qarabağ" qoyub. Oyuna sonradan daxil olan Ndlovu təsəlli qoluna imza atıb.

Avropa Liqası. Qrup mərhələsi, 2-ci tur

29 sentyabr

C qrupu

19:00 Qəbələ (Azərbaycan) - Maynts (Almaniya) - 2:3

Qurbanov, 57. Zenyov, 62 - Muto, 41. Kordoba, 68. Öztunalı, 78.

Baş hakim: Gediminas Majeyka

Baş hakimin köməkçiləri: Vitautas Şimkus, Vitenis Kazlauskas

Əlavə köməkçi hakimlər: Sergeyus Sliva, Yuri Paskovski

Dördüncü hakim: Vladimir Gerasimov (hamısı Litva)

Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)

UEFA nümayəndəsi: Eugen Vesterink (Hollandiya)

Bakı. "Bakcell Arena"

J qrupu

21:00 Fiorentina (İtaliya) - Qarabağ (Azərbaycan) 5:1

Babakar, 39, 45+2. Kaliniç, 42. Zarate, 63; 78 - Ndlovu, 90+2.

Qırmızı vərəqə: Elvin Yunuszadə, 30.

Baş hakim: Oliver Draxta

Yan xətt hakimləri: Roland Brander, Stefan Kür

Köməkçi hakimlər: Manuel Şüttenqruber, Dieter Mukenhammer

Dördüncü hakim: Roland Riedel (hamısı Avstriya)

Hakim-inspektor: Eduard Dervişay (İspaniya)

UEFA nümayəndəsi: Mixael Arqriu (Kipr)

Florensiya. Artemio Franki adına stadion

Komandalar növbəti görüşünü oktyabrın 20-də keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm