ÖMÜRLÜK CƏZA: 2600 dollarlıq rüşvətə görə
Bizi izləyin

İdman

ÖMÜRLÜK CƏZA: 2600 dollarlıq rüşvətə görə

Rəqibinə fərdi yarışdakı məğlubiyyət üçün 2000, cütlərin yarışında məğlub olması üçün isə 600 dollar təklif edibmiş.

Cənubi Afrika Respublikasından (CAR) olan tennisçi Coşua Çetti ağır cəzaya məruz qalıb.

Publika.az xəbər verir ki, 21 yaşlı idmançı Tennisdə Düzgünlük Birliyi (TİU) tərəfindən bu idman növü üzrə keçirilən yarışlardan ömürlük uzaqlaşdırılıb. Buna səbəb gənc tennisçinin keçən ilin noyabr ayında, ölkəsinin Stellenboş şəhərində təşkil edilən turnirdə rəqibinə uduzması üçün rüşvət təklif etməsi olub.

Həmin tennisçinin bu barədə birliyə müraciətindən sonra Coşua ağır cəzaya layiq görülüb.

Xatırladaq ki, hazırda dünya reytinqində 1857-ci pillədə yer alan Çetti, rəqibinə fərdi yarışdakı məğlubiyyət üçün 2000, cütlərin yarışında məğlub olması üçün isə 600 dollar təklif edibmiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm