"Təyyarəçilər" Sumqayıtdan əliboş qayıtdı
Bizi izləyin

İdman

"Təyyarəçilər" Sumqayıtdan əliboş qayıtdı

Oktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Oktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Sumqayıtın eyniadlı komandası AZAL-la üz-üzə gəlib. Matç qollu heç-heçə ilə başa çatıb. Mövsümün startından indiyədək qalibiyyət sevinci yaşamayan çempionatın autsayderi AZAL bu oyunda da bir xalla kifayətlənməli olub.

Belə ki, qarşılaşmada hesabı AZAL futbolçuları açıb. İlqar Ələkbərov 9-cu dəqiqədə başı ilə topu qapıya yönəldib. İlk hissə qonaqların 1:0 üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə hücumlarını artıran meydan sahibləri 83-cü dəqiqədə istəyinə çatıb. Mirabdulla Abbasov baxımlı zərbə ilə topu doqquzluğa göndərib-1:1. Qalan vaxtda komandaların heç biri fərqlənə bilməyib.

Beləliklə, 8 xalı olan “Sumqayıt”ın dördüncü pillədəki mövqeyi dəyışməyib. AZAL isə turnirin sonuncusu olmaqda davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm