Dünyanın ən güclüləri Bakıda toplaşacaq
Bizi izləyin

İdman

Dünyanın ən güclüləri Bakıda toplaşacaq

Dünyanın ən güclüləri Bakıda toplaşacaq

Bakı Tennis Akademiyasında tennis üzrə yeniyetmələr arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start veriləcək.

Yarış mayın 5-də baş tutacaq. Turnir Azərbaycan Tennis Federasiyası və Avropa Tennis Assosasiyasının təşəbbüsü ilə keçirilir. Publika.Az xəbər verir ki, beynəlxalq turnirdə 14-16 yaşlı tennis ustaları mübarizə aparacaqlar.

Yarışın əsas məqsəd tennis idman növünün kütləviliyini artırmaq və yığma komandanın heyətini müəyyənləşdirməkdən ibarətdir. 18 ölkənin mübarizə aparacağı yarışda Azərbaycan tennisçiləri ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, İspaniya, İtaliya, Almaniya, Fransa, Portuqaliya, Avstriya, İsveç, Polşa və digər ölkələrin idmançıları da güclərini sınayacaqlar.

Ölkəmiz bu turnirdə 14 idmançı ilə təmsil olunacaq. 14 yaşlı oğlanların mübarizəsində Rəsul Qocayev, Çingiz Bayquzin, Elşad Abbaslı, Anar Mehdiyev, Ruslan Cəfərov, Nurlan Aslanov, 16 yaşlıların mübarizəsində isə Ayxan Manaflı iştirak edəcək. 14 yaşlı qızlar arasında isə Vlada Aliyeva, Emine Dik, Alina Qavriş, Umayra Həşimova, Fidanə Xəlilzadə, 16 yaşlıların mübarizəsində isə Günay Əmirova və Züleyxa Səfərova mübarizə aparacaqlar.

Məlumat üçün qeyd edək ki, beynəlxalq turnirə mayın 11-də yekun vurulacaq. Bu turnir başa çatdıqdan sonra tennisçilərimiz mayın 12-də start götürəcək “Paşa bank cup-2014” kubokunda iştirak edəcəklər.

Mayın 18-dək davam edəcək kubok yarışları Bakı Tennis Akademiyasında keçiriləcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm