• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ömürlük cəzalandırılan idmançı hamını kövrəltdi - Görün, atası üçün nə etdi? - VİDEO

  • İdman
  • 30 Aprel 2014 18:48
  • 3 254 Baxış
Ömürlük cəzalandırılan idmançı hamını kövrəltdi - Görün, atası üçün nə etdi? - VİDEO

18 nəfər azərbaycanlı ağır atletin dopinq qəbul etməkdə günahlandırıldığı barədə məlumat vermişdik.

Beynəlxalq federasiya onları cəzaya məruz qoymuşdu. (http://publika.az/p/12990) Xatırladaq ki, Avropa çempionumuz Zülfüqar Süleymanov ömürlük diskvalifikasiya olunub.(http://publika.az/p/16396) Karyerasını bitirən idmançı “facebook”da maraqlı videosunu yerləşdirib. Publika.Az xəbər verir ki, Z.Süleymanov yenə məşq edərkən çəkilmiş görüntüsünü sosial şəbəkədə paylaşıb. Həmin videoda 65.3 çəki dərəcəsində olan idmançımızın təkanla qaldırmada 170 kq-ın öhdəsindən gəlməsinin şahidi oluruq. Burada diqqət çəkən məqamlardan biri də Süleymanovun videonun altında yazdığı şərh olub. Belə ki o videonun atasının doğum günündə çəkildiyini bildirib. İdmançı videoya ingilis dilində belə rəy yazıb: “2014.06.03 mənim atamın ad günündə”.

Süleymanov bununla bağlı Publika.az-a ətraflı danışdı:

“Bu video Şüvəlandakı bazada çəkilib. Atamın doğum günündə çəkilmiş görüntüdür. Atam 2012-ci ilin oktyabrın 29-da dünyasını dəyişib”.

Ən çox maraq kəsb edən və kövrəldici məqam çempionun sanki səsini atasına duyururmuş kimi “ştanq”ı qaldırarkən “Ay ata” deyə qışqırmasıdır:

“Bilirsiz, bunu etməmişdən əvvəl atam bütün gün ağlımda dövr edirdi. Çünki, həmin gün qəbrini ziyarət etmək imkanım yox idi. Qəbrini ziyarət edə bilməməyimin də səbəbi həmin gün 3 məşqimin olması idi. Məşqçinin icazə verməyəcəyini bilirdim. Məşqimi atamın xatirəsinə həsr etməklə ruhunun şad olacağını düşündüm. Atam həmişə mənim yarışlarımı izləyib. Evə gələndə atam məni bərk-bərk qucaqlayır fəxr duyduğunu hiss etdirirdi. Niyə hiss?! Atam 1996-ci ildə infarkt keçirtdi və danışa bilmədi. O gündən yalnız gözləri ilə bizə hisslərini çatdırırdı. Televiziyada məni görəndə çox qorxurdum ki, həyəcanlanar, nə isə olar”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR