Etiraz edən gözəlçələr stadionu belə zəbt etdilər – FOTOLAR
Bizi izləyin

İdman

Etiraz edən gözəlçələr stadionu belə zəbt etdilər – FOTOLAR

Etiraz edən gözəlçələr stadionu belə zəbt etdilər – FOTOLAR

Rusiyanın “Sibir” komandasının futbolçuları növbəti məşqi yarımçıq tərk etməli olublar.

Publika.az xəbər verir ki, buna səbəb komandanın məşq etdiyi “Spartak” stadionunun çimərlik geyimində olan gözəlçələr tərəfindən zəbt edilməsi olub. Gözəlçələrin kürəyində “N.A. qayıdın!” yazılmış şüar olub. “Sibir”in xanım azarkeşləri bununla komandanın əsas sponsorlarından olmuş Nikolay Skoroxodovun yenidən kluba qayıtmasını tələb ediblər. “Sibir” Skoroxodovun dövründə uğurlu çıxış edərək Rusiya Premyer Liqasında mübarizə aparıb. Çimərlik geyimində olan xanımlardan biri olayı belə şərh edib: “Biz bilirdik ki, həmin vaxt stadionda məşq olacaq. Bu hadisəyə əvvəlcədən hazırlaşmışdıq. Futbolçular bizi görüb özlərini itirdilər. Nəticədə məşq dayandırıldı. Ən əsası odur ki, klub rəhbərliyi bizim tələbimizdən agah oldu”.

Xanımlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə stadiona bir daha – amma bu dəfə minlərlə gözəlçə ilə qayıdacaqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm