Şok! “Barselona” "Nou Kamp"da qəbristanlıq salır
Bizi izləyin

İdman

Şok! “Barselona” "Nou Kamp"da qəbristanlıq salır

Şok! “Barselona” "Nou Kamp"da qəbristanlıq salır

"Barselona" azarkeşləri üçün ev oyunlarını keçirdiyi "Nou Kamp" stadionunun altında qəbristanlıq tikəcək.

Publika.az xəbər verir ki, 50 ildən 99 ilədək icarəyə verilməsi nəzərdə tutulan məzar yerlərinin qiyməti 3-6 min avro arasında dəyişəcək.

İlk mərhələdə qəbristanlıqda 500 yerin olması nəzərdə tutulub. Lakin yaxın gələcəkdə bu yerlərin sayı 30 minə çatdırılacaq.

Layihə ilə bağlı açıqlama verən klubun infrastruktur üzrə direktoru Josep Ramon Vidal-Abarka bunun azarkeşlərin istəyi ilə həyata keçirildiyini bildirib.

Layihənin həyata keçirilməsində "Barselona" ilə ortaq çalışacaq "Giem Sports" şirkətinin vitse-prezidenti Santi Bax layihənin "Memorial Space FC Barcelona" adlanacağını deyib: "Bu layihə klubla sonsuzadək bağ qurmaq istəyənlərə hörmət əlamətidi".

Qeyd edək ki, azarkeşlər üçün ilk dəfə qəbristanlıq inşa edən klub "Boka Xuniors" olub. Argentina klubu 2006-cı ildə azarkeşləri üçün 3 min yerlik məzarlıq inşa edib. Hətta Dieqo Maradona da bu qəbristanlıqda dəfn olunmaq istədiyini açıqlamışdı.

"Hamburq" isə Avropada azarkeşlər üçün qəbristanlıq tikən ilk klubdu. Almaniya təmsilçisinin 2008-ci ildən istifadəyə verilən qəbristanlığında 500 məzar yeri var.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm