Əliyar Ağayev Çempionlar Liqasında
Bizi izləyin

İdman

Əliyar Ağayev Çempionlar Liqasında

UEFA Əliyar Ağayevə yeni təyinat verəcək

UEFA Əliyar Ağayevə yeni təyinat verəcək.

FIFA referimiz UEFA Gənclər Liqasının 1/16 final mərhələsinin oyunlarından birini idarə edəcək. Publik.az fanat.az-a istinadən xəbər verir ki, UEFA Antalyada hakimlərimizə nəzəri məşğələlər keçən Aleksey Spirinə Əliyar Ağayevi iş başında izləməyi tövsiyyə edib. FIFA referimizin hansı oyunu idarə edəcəyi hələ bəlli deyil.

Bu turnir Çemponlar Liqasın qrup mərhələsinə qatılan klubların U-19 komandaları arasında təşkil olunan yarışdı. Turnirin 1/16 final mərhələsinə "Barselona", "Atletiko", "Real", "Real Sosyedad" (hamısı İspaniya), "Mançester Siti", "Arsenal", "Çelsi" (hamısı İngiltərə), "Milan", "Napoli" (ikisi də İtaliya), PSJ (Fransa), "Şalke 04" (Almaniya), "Kopenhagen" (Danimarka), ÇSKA (Rusiya), "Benifka" (Portuqaliya), "Austria" (Avstriya) və "Şaxtyor" (Ukrayna) klubları vəsiqə qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm