İdman
"Barsa"dan darmadağın, "Real" isə...
İspaniya La Liqasında 25-ci tura start verilib.
Publika.az xəbər verir ki, turun ilk oyununda “Real Sosyedad” “Eybar”la 2:2 hesabıyla bərabərə qalıb.
Lider “Real” evdə “Las Palmas”la qarşılaşıb. Gərgin keçən oyunun gedişində 1:3 hesabıyla geri düşən və Qaret Beylin qırmızı vərəqə almasıyla meydanda azlıqda qalan "Kral klubu" məğlubiyyətdən xilas olmağı bacarıb. Kriştiano Ronaldo 86 və 89-cu dəqiqələrdə vurduğu qollarla "Real"a 1 xal qazandırıb.
Bu turadək Madrid təmsilçisinin ən yaxın izləyicisi olan“Barselona” isə evdə Xixon “Sportinq”ini darmadağın edərək, liderliyə yüksəlib.
Xatırladaq ki, "Real" "Barsa"dan 1 oyun az keçirib.
İspaniya La Liqası, 25-ci tur
28 fevral
Real Sosyedad - Eybar 2:2
Qol: Xuanmi, 14. Karlos Vela, 67-pen - Eskalante, 26. Pedro Leon, 90+3.
Qırmızı vərəqə: Xuanmi, 59 (Real Sosyedad), Lejen, 46 (Eybar).
Malaqa - Betis 1:2
Qol: Fornals, 39 - Yonas Martin, 49. Sanabria, 74.
Valensiya - Leqanes 1:0
Qol: Alberto Martin, 81.
1 mart
Osasuna - Vilyarreal 1:4
Qol: Roberto Torres, 64-pen - Soriano 2. Soldado, 27-pen. Borre, 74; 79.
Barselona - Sportinq 6:1
Qol: Messi, 9. Xuan Rodriqes, 10-avtoqol. Luis Suares, 27. Pako Alkaser, 49. Neymar, 66. Rakitiç, 88 - Karlos Kastro, 21.
Selta - Espanyol 2:2
Qol: Aspas, 21. Vass, 30 - Moreno, 28. Piatti, 32.
Qırmızı vərəqə: Fontas, 43 (Selta).
Qranada - Alaves 2:1
Qol: Vakaso, 38. Kuenka, 54 - Kamarasa, 57.
Qırmızı vərəqə: Katai, 90. Aleksis, 90+4 (hər ikisi "Alaves").
Real - Las Palmas 3:3
Qol: İsko, 8. Ronaldo, 86-pen; 89 - Tana, 10. Viera, 56-pen. Boatenq, 60.
Qırmızı vərəqə: Beyl, 48 (Real).
2 mart
23:45 Deportivo - Atletiko
00:30 Sevilya - Atletik
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO