Pəhləvanlarımız erməniləri geridə qoydu – FOTOLAR
Bizi izləyin

İdman

Pəhləvanlarımız erməniləri geridə qoydu – FOTOLAR

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında çıxışlarını başa vuran sərbəst güləş üzrə yığma komandamızın üzvləri Vətənə qayıdıb.

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında çıxışlarını başa vuran sərbəst güləş üzrə yığma komandamızın üzvləri Vətənə qayıdıb.

Güləşçilərimizi Heydər Əliyev adına Beynəlxalq hava limanında azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılayıblar.

Xatırladaq ki, yeniyetmə sərbəst güləş yığmasının üzvləri ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 75 xalla ikinci olub. İlk sırada 88 xalla Rusiya, üçüncü sırada isə 58 xalla Ermənsitan qərarlaşıb.

Qızıl medalları yığmamıza Əfqan Xaşalov (50 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (85 kq) və İqbal Hacızadə (100 kq) qazandırıb. Elvin Namazov (46 kq) gümüş, Ravil Babazadə (69 kq) və Hacımurad Məhəmmədsəidov (76 kq) isə bürünc medala sahib olub.

Yığmamız Nanjinqdə keçiriləcək yeniyetmələrin ikinci Olimpiya Oyunlarına 5 mümkün lisenziyadan 3-nü qazana bilib. 46, 63 və 100 kq-da lisenziya qazanan sərbəst güləşçilərimiz Nanjinqdə 2 çəki dərəcəsində təmsil olunacaq.

Yeniyetmələrdən ibarət sərbəst güləş komandasının böyük məşqçisi Əsgərxan Novruzov çempionat barədə təəssüratlarını bölüşərkən bunları deyib:

“Çempionata yaxşı hazırlaşmışdıq. Bu il hədəfimiz Nanjinqdə keçiriləcək Olimpiya Oyunlarına lisenziyalar qazanmaq idi. Buna nail olduq. Yüksək hazırlıq prosesi keçmişdik. Federasiya rəhbərliyi tərəfindən komandanın hazırlığı üçün bütün istəklərimiz nəzərə alınır, dərhal yerinə yetirilirdi. Bu cür diqqətin və qayğının təzahürü də belə olmalıydı. Ümidləri doğrultduğumuz üçün sevincliyik. Güləşçilərimiz də çox yaxşı çıxış etdilər. Verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdiklərinə görə bu nailiyyəti əldə edə bildik. Bütün komanda üzvlərinə təşəkkür edir, güləş azarkeşlərini təbrik edirəm”.

100 kq çəkidə Avropa çempionu adını qazanan İqbal Hacızadə qələbə sevincini bölüşərkən belə deyib:

"Federasiyamız tərəfindən bizim hazırlığımıza bütün lazımi şərait yaradılıb. Bizdən tələb olunan isə odur ki, qələbələrimizlə etimadı doğruldaq. Biz də var-qüvvəmizlə buna çalışırıq. Qarşıda bizi Dünya çempionatı və ən əsası II Olimpiya Oyunları gözləyir. Hər iki yarışda uğurla çıxış edib, xalqımızı sevindirmək, Azərbaycanımızın bayrağını ucaltmaq əsas məqsədimizdir".

50 kq-da Avropa çempionatının qızıl medalını qazanan Əfqan Xaşalov yarışı belə təsvir edib:

"4 görüş keçirdim. Hər birini də tam üstünlüklə məğlub etdim. Mənim üçün ən vacib görüş yarımfinal görüşü idi. Rəqibim erməni güləşçiydi. Məşqçilərimin də dəstəyi ilə o görüşü də tam üstünlüklə başa vurdum. Finalda Rusiya güləşçisini də məğlub edib, çempion oldum. Sevinirəm ki, Avropa çempionu oldum və dövlətimizin himnini səsləndirdim, bayrağımızı yüksəltdim".

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm