Süleymanov Mahir Şükürovu qovmaq istəyirmiş
Bizi izləyin

İdman

Süleymanov Mahir Şükürovu qovmaq istəyirmiş

Süleymanov Mahir Şükürovu qovmaq istəyirmiş

"Neftçi"nin sabiq baş məşqçisi Nazim Süleymanov komandadan qovmaq istədiyi futbolçular barədə danışıb.

Publika.az xəbər verir ki, Süleymanov azerisport.az saytına müsahibəsində Mahir Şükürovu komandadan uzaqlaşdırmaq istədiyini bildirib: “Mən İqor Mitreski ilə Mahir Şükürovun komandada qalmasını istəmirdim.

Onlarda intizamsızlıq müşahidə edirdim. Xüsusilə də Mahir qaydaları daha çox pozurdu. Futbolçuya yaraşmayan hərəkətlər edirdi. Elə futbolçunu komandada saxlamaq istəmirdim. Rəhbərlikdən bir müdafiəçi və bir mərkəz hücumçusu almağı xahiş etdim.

Amma onlar mənim bu istəyimlə hesablaşmadılar. Belə olan şəraitdə mənim komandada qalmağımın heç bir mənası yox idi".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm