Almaniyada Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirilib
Bizi izləyin

İdman

Almaniyada Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirilib

Almaniyada Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirilib

Almaniyanın Vaysvasser şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş beynəlxalq boks turniri keçirilib.

Bu barədə Publika.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Beynəlxalq boks turniri Maqdeburqdakı Heydər Əliyev adına Boks Komitəsinin (WBCA) təşkilatçılığı, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə baş tutub.

Turnirdə iştirak edən boksçular Heydər Əliyev adına Boks Komitəsinin təsis etdiyi 2 WBCA benəlxalq kəməri və 1 WBCA dünya kəməri uğrunda mübarizə aparıb. Turnirin titul döyüşlərində Azərbaycan bayrağı ucaldılıb, himnimiz səsləndirilib.

Beynəlxalq boks turnirində azərbaycanlı idmançılardan başqa, Almaniya, Çexiya, Belarus, Türkiyə, Yunanıstan və Rusiyandan boksçular da iştirak ediblər.

Qeyd edək ki, turniri 1500-ə yaxın tamaşaçı canlı izləyib.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm