Sumqayıtda müəmmalı məğlubiyyət
Bizi izləyin

İdman

Sumqayıtda müəmmalı məğlubiyyət

Sumqayıtda müəmmalı məğlubiyyət

Azərbaycan Premyer Liqasında XXXV turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, "Qarabağ" çempionluğu rəsmiləşdirdiyindən mübarizə gümüş medal uğrunda gedib. "İnter" doğma meydanda "Qəbələ" ilə qolsuz heç-heçəyə razılaşıb və xallarının sayını 64-ə çatdırıb. Bununla da Kaxaber Tsxadadzenin başçılıq etdiyi komanda gümüş medalları özü üçün təmin edib

"Neftçi" evdə "Rəvan"ı 2:1 hesabı ilə yenərək üçüncü pilləni "Qəbələ"dən təhvil alıb. "Xəzər Lənkəran" "Simurq"la qarşılaşıb. Lənkəran klubu 2:0 hesabı ilə öndə olduğu matçdan bir xalla ayrılıb - 2:2.

Autsayder "Smuqayıt" evdə çempion "Qarabağ"ı məğlub edib - 1:0. Bununla da gənclik şəhəri təmsilçisi sonuncu pillədən qurtulub. "Bakı" isə doğma meydanda AZAL-ı eyni hesabla yenib.

Premyer Liqa

2013/14 mövsümü

IV dövrə, XXXV tur

12 may

İnter - Qəbələ 0:0

İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 9. Aleksandr İaşvili (8. Mikel Alvaro, 61), 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (27. Dieqo Madriqal, 83), 33. Matiya Spiçiç, 70. Vaqif Cavadov (k) (11. Asif Məmmədov, 69), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavko Georgievski, 7. Ruslan Əmircanov, 47. Abdulla Abatsiyev.

Baş məşqçi: Kaxaber Tsxadadze.

Qəbələ: 1. Kamran Ağayev (k), 8. Nizami Hacıyev, 9. Viktor Mendi (19. Abdulvahid Afolabi, 88), 10. Dodo, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç (22. Lourival Assis, 61), 34. Ürfan Abbasov, 36. Elnur Allahverdiyev, 44. Rafael Santos, 46. Davronjon Erqaşev (42. Leonardo da Silva, 46).

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 6. Vladimir Levin, 16. Ruslan Tağızadə, 88. Müşfiq Teymurov.

Baş məşqçi: Yuri Syomin.

Sarı vərəqələr: Derlis Meza Kolli, 73 (qeyri-idman hərəkəti). Coşqun Diniyev, 90+1 (qeyri-idman hərəkəti) - Elnur Allahverdiyev, 30 (qeyri-idman hərəkəti).

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Munis Abdullayev, Mahir Məmmədov.

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Hakim-inspektor: Şahin Cəfərov.

“Şəfa” stadionu. 1000 tamaşaçı.

Neftçi - Rəvan 2:1

Qollar: Bruno Bertuççi, 45. Mahir Şükürov, 88 - Mişel Balokoq, 8.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 6. Rəşad Sadiqov, 9. Falvinyo (19. Mirhüseyn Seyidov, 46), 15. Erik Ramos (10. Cavid İmamverdiyev, 70), 16. Bruno Bertuççi, 21. Samir Məsimov (3. Denis Silva, 89), 22. Mahir Şükürov (k), 23. Ruslan Qurbanov, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.

Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 5. İqor Mitreski, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.

Baş məşqçi: Böyükağa Hacıyev.

Rəvan: 85. Kamal Bayramov, 4. Mitya Moreç, 14. Xuan Manuel Varea (11. Kamil Nurəhmədov, 52), 16. Orxan Lalayev (6. Ceyhun Cavadov, 29), 19. Hüseyn Axundov, 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev (17. Ramazan Abbasov, 79), 28. Boyan Markoviç, 30. Cəmşid Məhərrəmov, 40. Mişel Balokoq, 41. Kamil Kopunek.

Ehtiyat oyunçular: 1. Lukas Sapela, 3. Məmməd Quliyev, 10. Tyaqo Mirasema, 20. Miloş Adamoviç.

Sarı vərəqələr: Ernest Nfor, 42 (qeyri-idman hərəkəti). Bruno Bertuççi, 83 (qeyri-idman hərəkəti). Rəşad Sadiqov, 90+2 (qeyri-idman hərəkəti) - Novruz Məmmədov, 6 (qeyri-idman hərəkəti). Xuan Manuel Varea, 44 (qeyri-idman hərəkəti).

Baş məşqçi: Güvənc Kurtar.

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Ramiz Abdullayev.

Hakim-inspektor: Məlik Həsənov.

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 1000 tamaşaçı.

Sumqayıt - Qarabağ 1:0

Qol: Məhəmməd Qurbanov, 49.

Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k) (18. Aleksandr Çertoqanov, 61), 7. Pərdis Fərcad-Azad, 9. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov (2. Şəhriyar Xəlilov, 81), 15. Nodar Məmmədov, 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Kamil Hüseynov, 8. Aqşin Muxtaroğlu, 17. Adil İbrahimov, 77. Ramil Mansurov.

Baş məşqçi: Aqil Məmmədov.

Qarabağ: 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedev, 6. Hacı Əhmədov (22. Toğrul Bilallı, 62), 7. Namiq Yusifov, 10. Muarem Muarem (14. Rəşad Sadıqov, 62), 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 21. Tural Rzayev (23. Tural İsgəndərov, 67), 33. Təmkin Xəlilzadə, 55. Bədavi Hüseynov, 99. Nikolas Gelaşvili.

Ehtiyat oyunçular: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 19. Jaba Dvali.

Baş məşqçi: Qurban Qurbanov.

Sarı vərəqələr: Məhəmməd Qurbanov, 37 (simulyasiya) - Təmkin Xəlilzadə, 29 (bilərəkdən əl ilə oyun).

Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Coşqun Həsənov, Sərxan İsmayılov.

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Akif Məmmədov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1350 tamaşaçı.

Simurq - Xəzər Lənkəran 2:2

Qollar: Draqan Çeran, 36; 90+1-pen - Elias, 3-pen. Zohair Benouahi, 8.

Simurq: 1. Pavel Kapsa, 7. Ruslan Poladov (k) (6. Taqim Novruzov, 65), 8. Patrik Osiako, 11. Draqan Çeran, 15. Stepan Polyak, 16. Məhərrəm Hüseynov, 20. İdan Vaytsman, 21. Murad Səttarlı, 22. Salif Ballo, 26. Benjamin Lambot, 77. Nicat Qurbanov (10. Rəşad Eyyubov, 64).

Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 17. Rüstəm Məmmədov, 30. Raul Kostin, 33. Arzuman Nəsibov, 62. Cavad Kazımov.

Baş məşqçi: Georgi Çixradze.

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı (19. Vyekoslav Tomiç, 80), 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benouahi (2. Slavik Alxasov, 69), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Mbilla Etame, 30. Elias (23. Nikola Qliqorov, 73).

Ehtiyat oyunçular: 8. Deyan Blajevski, 9. Orxan Əliyev, 12. Junior Nildo, 55. Ağabala Ramazanov.

Məşqçi: Oğuz Çətin.

Sarı vərəqələr: Ruslan Poladov, 2 (qeyri-idman hərəkəti). Stepan Polyak, 41 (qeyri-idman hərəkəti). Patrik Osiako, 90+5 (qeyri-idman hərəkəti) - Mbilla Etame, 21 (hakimin qərarına etiraz). Elnur Abdullayev, 26 (qeyri-idman hərəkəti). Rahid Əmirquliyev, 36 (perspektivli hücumun qarşısını aldığı üçün). Alvaro Silva, 49 (qeyri-idman hərəkəti). Zohair Benouahi, 66 (sistematik qayda pozuntusu). Orxan Sadıqlı, 73 (oyunun bərpasını gecikdirdiyi üçün). Rasim Ramaldanov, 89 (qeyri-idman hərəkəti).

Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, Nahid Əliyev, Xəlil Hüseynli.

AFFA nümayəndəsi: Maşallah Əhmədov.

Hakim-inspektor: Kərim Ağayev.

Zaqatala şəhər stadionu. 2000 tamaşaçı.

Bakı - AZAL 1:0

Qol: Aleksandar Soliç, 72.

Bakı: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 10. Aleksandar Soliç (15. Alberto Noquera, 83), 19. Marius Pena (20. Tural Qürbətov, 67), 21. Elvin Məmmədov (8. Cavid Hüseynov, 88), 22. Namiq Ələsgərov, 23. Mario Lukas Horvat, 24. Georgios Pelagios, 27. Elton Hüseynov, 31. Vüqar Mustafayev, 34. Şəhriyar Əliyev.

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 2. Deyvidas Çesnauskis, 6. Vadim Abdullayev, 16. Juninyo.

Baş məşqçi: Milinko Pantiç.

AZAL: 1. Ruslan Məcidov (16. Elçin Sadıqov, 75), 3. Aleksandr Şemonayev (19. Orxan Səfiyaroğlu, 82), 6. Aydın Qasımov, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İbekoyi, 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 27. Rəşad Abdullayev (k), 31. Şəhriyar Rəhimov, 89. Nedo Turkoviç (8. Qərib İbrahimov, 65).

Ehtiyat oyunçular:

2. Xuan Fransisko, 4. Aylton, 14. Habil Nurəhmədov, 22. Axtam Xamraqulov.

Baş məşqçi: Tərlan Əhmədov.

Sarı vərəqələr: Georgios Pelagios, 80 (qeyri-idman hərəkəti) - Nedo Turkoviç, 26 (qeyri-idman hərəkəti). Şəhriyar Rəhimov, 81 (qeyri-idman hərəkəti).

Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.

Əlavə köməkçi hakimlər: Alik Yunusov, Ramil Diniyev.

AFFA nümayəndəsi: Adil Nadirov.

Hakim-inspektor: Səfər Haşımov.

"Bakı"nın təlim-məşq bazasının stadionu. 500 tamaşaçı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm