“Hafka”nın komandası Fair Play-a necə tüpürdü?
Bizi izləyin

İdman

“Hafka”nın komandası Fair Play-a necə tüpürdü?

“Hafka”nın komandası Fair Play-a necə tüpürdü?

Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində keçirilən "Bakı" - AZAL matçında futbol adına ləkə sayılacaq olay baş verib.

Publika.az xəbər verir ki, matçın 71-ci dəqiqəsində "Bakı"nın hücumu zamanı Travner topu sol cinahdan cərimə meydançasına doğru ötürüb.

Bu zaman AZAL-ın qapıçısı Ruslan Məcidov "Bakı"nın hücumçusu Tural Qürbətovla toqquşaraq zədələnib və yerdə qalıb. Qapıçının yerdə qıvrılmasına baxmayaraq, "Bakı" hücumu davam etdirib və top Aleksandr Şoliçə ötürülüb. Şoliç rəqib qapıçının zədələnərək yerdə qaldığını görsə də, topu boş qapıya göndərərək hesabı açıb. Bu epizoddan bərk qəzəblənən AZAL-ın futbolçuları Şoliçin üstünə hücum çəkib və ara qarışıb. Buna baxmayaraq, heç nə dəyişməyib və yekunda "Bakı" qələbə qazanıb.

Maraq üçün deyək ki, 2009-cu il ölkə kubokunun finalında da "Bakı" Fair Play qaydalarına tüpürərək, "Xəzər Lənkəran"a qalib gəlmişdi. Çox maraqlıdır ki, həmin vaxt "Bakı"nın heyətində fərqlənən Ernad Skuliç də Şoliç kimi xorvatiyalı idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm