• USD 1,7022 0,00% EUR 1,8999 -0,08%
    • GBP 2,1620 +0,24% RUB 0,0285 +0,70%

Su festivalı Gəncədə

  • İdman
  • 19 Aprel 2017 23:47
  • 441 Baxış
Su festivalı Gəncədə

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı aprelin 19-da Gəncə şəhəri olub.

AZƏRTAC xəbər verir ki, axşam saatlarında Gəncə şəhər Heydər Əliyev Park Kompleksindəki amfiteatrda su festivalı keçirilib. Tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Oyunların ulduz səfiri, əməkdar artisti Tünzalə Ağayeva gəncəliləri təbrik edib, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıb.

Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan səhəngi gəncəli uşağa təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Gəncə şəhərinədək keçdiyi səyahət yoluna, o cümlədən Gəncə mərhələsinə nəzər salınıb.

Sonra su qabını daşıyan sərbəst güləş üzrə 2012-ci il London Olimpiadasının, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qızıl mükafatçısı Toğrul Əsgərov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov və Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Aysu Salahova səhnəyə dəvət olunub. Gəncə sakinləri onları coşqu ilə alqışlayıblar.

Festival səhnədə quraşdırılan lazer-işıq effektləri və su şousu, həmçinin “Buta” instrumental musiqi ansamblının ifasında rəngarəng mahnılarla davam edib. Su festivalı möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR