“Real” qalib gəldi - Kasilyas rekordunu yenilədi-VİDEO
Bizi izləyin

İdman

“Real” qalib gəldi - Kasilyas rekordunu yenilədi-VİDEO

“Real” qalib gəldi - Kasilyas rekordunu yenilədi

“Real”ın qapıçısı İker Kasilyas rəsmi oyunlarda qol buraxmama rekordunu yeniləyib. Bundan əvvəlki nəticə 518 dəqiqəyə bərabər idi.

Publika.Az xəbər verir ki, “Espanyol”la oyunun 17-ci dəqiqəsində İker bu nailiyyəti təzələyib. 32 yaşlı qapıçı rəsmi oyunlarda sonuncu dəfə noyabrın 27-də qol buraxıb.

Məlumat üçün bildirək ki, Kasilyas “Real”ın heyətində yalnız Çempionlar liqası və ölkə kuboku oyunlarında meydana çıxır.

Qeyd edək ki, Kral Kuboku uğurunda keçirilən oyunda “Real” Kərim Benzemanın vurduğu qolla “Espanyol”a 1:0 hesabı ilə qalib gəlib.

Aygün İlqarqızı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm