Faciə "Qalatasaray"la "Atletiko"nu birləşdirdi
Bizi izləyin

İdman

Faciə "Qalatasaray"la "Atletiko"nu birləşdirdi

Faciə "Qalatasaray"la "Atletiko"nu birləşdirdi

“Qalatasaray” və “Atletiko” klubları Somada kömür mədənində baş verən partlayış nəticəsində ölən insanların ailələrinə yardım məqsədi ilə yoldaşlıq görüşü keçirəcək.

Publika.az xəbər verir ki, “cim-bom”un prezidenti Ünay Aysalla “Atletiko" nümayəndələri görüşərək yeni mövsümün əvvəlində yoldaşlıq matçı oynanılması barədə anlaşıblar.

“Qalatasaray” “Atletiko” ilə keçirəcəyi bu matçda əldə edəcəyi bütün gəliri Soma faciəsindən zərər çəkmişlərin ailələrinə bağışlayacaq.

Qarşılaşma bu ilin avqust ayında İzmirdə keçiriləcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm