İdman
Kamran Şahsuvarlı gümüş qazandı
Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempionatı Azərbaycan millisi üçün başa çatıb.
Publika.az xəbər verir ki, bu gün baş tutan final mərhələsində rinqə yığmamızın üzvlərindən 75 kq. çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı çıxıb.
Həlledici görüşədək 3 rəqibinə qalib gələn Olimpiya mükafatçımız ukraynalı Aleksandr Xijnyakla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə 25 yaşlı boksçumuz Avropa çempionatını gümüş medalla bitirib.
Avropa çempionatında millimizin 5 üzvü 1/4 finala kimi irəlilədiyindən dünya çempionatına lisenziya da qazanıb. Şahsuvarlı ilə yanaşı, Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) avqustun 25-də Almaniyanın Hamburq şəhərində start götürəcək mundiala qatılmaq hüququna yiyələniblər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu