Azərbaycan çempionatında ağlasığmaz saxtakarlıq
Bizi izləyin

İdman

Azərbaycan çempionatında ağlasığmaz saxtakarlıq

Azərbaycan çempionatında ağlasığmaz saxtakarlıq

Azərbaycan çempionatının 1-ci dəstəsinin sonuncu turunda Yevlaxda keçirilən oyunun nəticəsi böyük şübhə yaradıb.

Publika.az xəbər verir ki, “Karvan” – MOİK görüşündə komandaların əvvəlcədən razılığa gələrək nəticəni müəyyənləşdirdiyi bildirilir. Qarşılaşmada nəinki nəticə, hətta qapılara vurulan qolların müəlliflərinin də əvvəlcədən müəyyənləşdirildiyi iddia olunur. Belə ki, 5:5 hesabı ilə başa çatan qarşılaşmada “Karvan”ın bütün qollarını Əli Bağırov vurub. Bu nəticədən sonra Əli Bağırov bombardirlər sırasında 4 top geridə olduğu “Araz Naxçıvan”ın futbolçusu David Çanalidzeni geridə qoyub. MOİK-in 5 qolundan 4-ünə isə Məhəmməd Bədəlbəyli imza atıb.

AFFA-nın olduqca şübhəli təsir bağışlayan bu qarşılaşma ilə bağlı araşdırma aparıb-aparmayacağı məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm