Bakıda 190 idmançı Olimpiadaya lisenziya qazanacaq – VİDEO
Bizi izləyin

İdman

Bakıda 190 idmançı Olimpiadaya lisenziya qazanacaq – VİDEO

Bakıda 190 idmançı Olimpiadaya lisenziya qazanacaq – VİDEO

30 may - 1 iyun tarixində Bakıda yüngül atletika üzrə yeniyetmələrin Avropa 2-ci təsnifat yarışı keçiriləcək.

Publika.az xəbər verir ki, yeniyetmələrin 2-ci Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarış 3 gün davam edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq turnir 18 idman növünü əhatə edəcək.

40-dan çox ölkənin iştirak edəcəyi lisenziya xarakterli turnirdə medallar uğrunda 800-dən çox idmançı mübarizə aparacaq. Yarış iştirakçıları məşqləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. Turnirin qalibləri cari ilin 16-28 avqust tarixlərində Çinin Nanjinq şəhərində baş tutacaq Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanacaq. Lisenziyaların sayı oğlanlar üçün 82, yeniyetmə qızlar üçün isə 108 olacaq. Yarış qitənin bir neçə ölkəsində o cümlədən Eurosport kanalında canlı yayımlanacaq.

Azərbaycanı təsnifat yarışlarında 15 idmançı təmsil edəcək. Komandamızın heyətində Avropa Olimpiya Festivalının qalibi Nazim Babayev (üç təkanla tullanma), Yelena Qladkova (şüvüllə tullanma), Abrexa Benafeta (1500 və 3000 m-lik qaçış üzrə) və digərləri olacaq.

Olimpiya Lisenziyalı turnirin açılış mərasimində Milli Olimpiya Komitəsi, Avropa Atletika Assosiasiyasının rəhbər şəxsləri iştirak edəcək.

İdman növləri: 100 m-lik qaçış, 200 m-lik qaçış, 400 m-lik qaçış, 800 m-lik qaçış, 1500 m-lik qaçış, 3000 m-lik qaçış, 110 m-lik səddlərlə qaçış, 400 m-lik səddlərlə qaçış, 2000 m-lik maneələrlə qaçış, 10.000 m-lik idman yerişi, hündürlüyə tullanma, şüvüllə tullanma, uzunluğa tullanma, üç təkanla tullanma, nüvə itələmə, lövhə atma, çəkic atma, nizə atma.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm