Daha bir dünya ulduzu Türkiyə yolunda
Bizi izləyin

İdman

Daha bir dünya ulduzu Türkiyə yolunda

Daha bir dünya ulduzu Türkiyədə çıxış edə bilər. "Antalyaspor" Samir Nasrini heyətinə qatmağa çalışır.

"10 nömrə" axtarışında olan Super Liqa klubu Pep Qvardiolanın "Mançester Siti"də qalmasını istəmədiyi fransalı futbolçunu transfer siyasının ilk sırasına yazıb. İddialara görə, "Antalyaspor" Samir Nasriyə 2 illik müqavilə və illik 3,5 milyon avro maaş təklif edib. 30 yaşlı futbolçunun gələn təklifə cavab verəcəyi deyilir.

Qeyd edək ki, Samir Nasri 2008-ci ildə "Marsel"dən "Arsenal"a 16 milyon avroya, 2011-ci ildə isə London klubundan "Mançester Siti"yə 27,5 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 16 milyon avro qiymət qoyub. Futbolçu ötən mövsüm icarə əsasında "Sevilya"da çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm