Nazir Kiprdə ölkəmizi təmsil edəcək
Bizi izləyin

İdman

Nazir Kiprdə ölkəmizi təmsil edəcək

Nazir Kiprdə ölkəmizi təmsil edəcək

Mayın 23-də Kipr Respublikasının Nikosiya şəhərində Avropa Olimpiya Komitəsinin 35-ci Seminarı keçiriləcək.

Mayın 24-dək davam edəcək iclasda Azərbaycanı Gənclər və İdman naziri Azad Rəhimov təmsil edəcək. Avropa Olimpiya Komitəsinin Prezidentinin sədrliyi ilə hər il keçirilən bu tədbirdə qurumun İcraiyyə Komitəsinin üzvləri, 49 ölkənin Milli Olimpiya Komitələrinin Prezidentləri, Baş katibləri, nümayəndə heyətlərinin rəhbərləri (Şef de Missionlar) və digər nümayəndələr iştirak edir.

Qeyd edək ki, tədbir çərçivəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları barədə hesabat veriləcək və hazırlıq işləri ilə bağlı müzakirələr aparılacaq.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm