Azərbaycan kubokunun sahibi "Neftçi" oldu - YENİLƏNİB / FOTOLAR
Bizi izləyin

İdman

Azərbaycan kubokunun sahibi "Neftçi" oldu - YENİLƏNİB / FOTOLAR

Bu gün keçiriləcək Azərbaycan kubokunun final oyunu ilə 2013/14 mövsümünə yekun vurulacaq. Həlledici görüşdə “Qəbələ” və “Neftçi” üz-üzə gələcək.

Bu gün keçiriləcək Azərbaycan kubokunun final oyunu ilə 2013/14 mövsümünə yekun vurulacaq. Həlledici görüşdə “Qəbələ” və “Neftçi” üz-üzə gələcək.

Bu klublar Azərbaycan kubokunda ilk dəfə görüşəcək. "Qəbələ" ilk dəfədi kubokda finala yüksəlib. "Neftçi" isə ölkə kuboklarının ən uğurlu komandasıdı. Paytaxt təmsilçisi indiyə qədər 8 dəfə kubokun finalında oynamaq şansı qazanıb. Bunların ikisində (2000/2001, 2011/2012 mövsümləri) flaqman son anda məğlubiyyətlə üzləşib. 1994/1995, 1995/1996, 1998/1999, 2001/2002, 2003/2004, 2012/2013 mövsümlərində isə bu komanda kubokun baş mükafatına sahib çıxıb.

Azərbaycan Kuboku

Final

22 may

20:00. QƏBƏLƏ - NEFTÇİ

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Rauf Cabbarov.

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev.

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

QƏBƏLƏ: 1. Kamran Ağayev (k), 2. Rail Məlikov, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenso Ebesilio, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 44. Rafel Santos, 46. Davronjon Erqaşev.

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 19. Abdulvahid Afolabi, 22. Rodriqo Assis, 31. Daniel Subotiç, 42. Leonardo da Silva, 45. Murad Musayev, 88. Müşfiq Teymurov.


NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Cavid İmamverdiyev, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 21. Samir Məsimov, 22. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.


Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 3. Denis Silva, 5. İqor Mitreski, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 23. Ruslan Qurbanov, 8. Elşən Abdullayev.

YENİLƏNMƏ

"Qəbələ"-"Neftçi" oyununda hesab oyunun 53-cü dəqiqəsində açılıb. "Neftçi"nin oyunçusu Samir Məsimov fərqlənib. 0:1.

YENİLƏNMƏ

Oyunun 72-ci dəqiqəsinda "Qəbələ"nin oyunçusu fərqlənib. Hazırda hesab 1:1-dir.

YENİLƏNMƏ

Qarşılaşmanın əlavə vaxtı da 1:1 hesabı ilə bitdiyindən penaltilərdən yaxşı yararlanan (3:2) Bakının "Neftçi" klubu Azərbaycan kubokunun bu ilki sahibi oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm