Məşhur məşqçi barda dava-dalaş saldı
Bizi izləyin

İdman

Məşhur məşqçi barda dava-dalaş saldı

Məşhur məşqçi barda dava-dalaş saldı

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Devid Moyes qalmaqala səbəb olub.

Publika.az xəbər verir ki, Moyes barda dava-dalaş törədib. Hadisə Lankaşir qaraflığının Klitero şəhərində baş verib.

Moyes barda dostu ilə şam edərkən bir nəfərin təhqirinə məruz qalıb. 23 yaşlı Couş Cillibrand Moyesin onu vurmasını iddia edərək polisə şikayət edib. Onun qardaşı Oliver Cillibrand hadisəni belə nəql edir:

“Qardaşım onu barda görəndə soruşdu ki, “Moyes, sən burda neynirsən?” Bundan sonra Moyes arxadan onun boynunun ardına vurdu və Coşu yerə yıxıldı. Polis dərhal hadisə yerinə gəldi. Barda hadisənin xeyli şahidi vardı və müşahidə kameraları da baş verənləri lentə alıb”.

Moyesin dostu isə tam başqa bir versiya irəli sürür:

“Həmin şəxs Moyesi təhqir etdi. “Mançester Yunayted”ə görə. Moyes onun yaxasından yapışdı, ancaq vurmadı. Polis dərhal hadisə yerinə gəldi. Heç kim həbs olunmayıb, heç kimə də xəbərdarlıq edilməyib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm