Taysonun azərbaycanlı tələbəsi
Bizi izləyin

İdman

Taysonun azərbaycanlı tələbəsi

Taysonun azərbaycanlı tələbəsi

Fərid Ağayev 1988-ci ildə Bakıda doğulub və Bakı İdman Akademiyasını bitirib.

Publika.az xəbər veriri ki, Fərid 12 yaşından boksla məşğuldur və bu vaxta qədər yeniyetmələr, gənclər, kişilər arasında Azərbaycan çempionu, yeniyetmələr və gənclər arasında Avropa və dünya mükafatçısı olub.

Peşəkar boksa qədəm qoyan Fərid Ağayev 2013-cü ildə ABŞ-da Mayk Taysonun ən nüfuzlu WBI versiyasi hesab olunan klubuna dəvət alıb. Bu dəvətdən dərhal sonra Floridada, Mayami şəhərində ilk üç sınaq döyüşünə qatılıb. Sınaq görüşlərinin heç biri 1 dəqiqədən artıq çəkməyib. Fərid öz rəqiblərini iki nokaut və bir texniki nokautla məğlub edib və bununla da WBI versiyasına döyüş lisenziyası alıb. İlk rəsmi döyüşü Oklahoma ştatında, Tulsa şəhərində Amerika boksçusu ilə olub və cəmi 49 saniyə çəkib.

Rəqinibi nokautla rinqdən çıxardıb. Bu günə qədər 8 döyüş keçirən Fərid, onların 7-ni nokautla başa vurub və sentyabr ayında Las Veqas şəhərində çempionluq kəməri uğrunda döyüşəcək. Mayk Taysonun sevimli tələbəsi və davamçısı olan Fərid Ağayev nikbin görünür və Fernando Guerrero adlı boksçu ilə döyüşə hazırlaşır. Bizi maraqlandıran suallara cavab almaq üçün Fəriddən müsahibə almaq qərarına gəldik.

Fərib bildirir ki, peşəkar boks Azərbaycanda hələ inkişaf etmədiyi üçün, o, Amerikadadır və Azərbaycanı burada təmsil edir. Həm də, ən yaxşı səviyyədə təmsil edir və hər bir qələbədən sonra Azərbaycan bayrağını qaldrımaq ona xüsusi güc verir: “Mən buna xüsusi əhəmiyyət verirəm, amma proqnozlaşdırmaq da istəmirəm. Sadəcə olaraq, onu deyə bilərəm ki, özümə inanır, güvənir, zamanın rinqdə verəcəyi hökmü bəri başdan qəbul edirəm”.

“İndi Azərbaycanda bu versiyada döyüşməyə hazır olan idmançılar varmı” sualına Fərid belə münasibət bildirdi: “İndi döyüşən çoxdur, amma o versiyalar Avropadan kənarda tanınmır. Heç bir döyüşçü inciməsin, mən tək Romal Amanovun döyüşünü bəyənirəm. Yaxın vaxtlarda Romalın Amerikada ən yüksək versiyada döyüşməyə dəvət alacağına inanıram”. (Virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm