Onun işi Allaha qalıb
Bizi izləyin

İdman

Onun işi Allaha qalıb

Onun işi Allaha qalıb

Dieqo Kosta Braziliyada keçiriləcək dünya çempionatında iştirak etməyə bilər.

Publika.az xəbər verir ki, hücumçunu müayinə edən həkim Pedro onun ən azı 15 gün yaşıl meydanlarda uzaq qalacağını bildirib. Kostanın iyunun 13-ü baş tutacaq Hollandiya ilə matça qədər tam hazır olmasının çətin olacağı deyilir.

İspaniya mətbuatı isə yazıb ki, yığmanın baş məşqçisi Visente del Boske Brazilyaya gedəcək 23 nəfərlik heyətə Kostanı daxil etməyə bilər.

Qeyd edək ki, "Atletiko"nun şərəfini qoruyan Kosta La Liqanın sonuncu turunda "Barselona" ilə matçda zədələnmişdi. O, Çempionlar Liqasının finalında zədəli halda oynamış və 9-cu dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm