“Fənərbaxça” “Atletiko”lu futbolçu ilə anlaşdı
Bizi izləyin

İdman

“Fənərbaxça” “Atletiko”lu futbolçu ilə anlaşdı

“Fənərbaxça” “Atletiko”lu futbolçu ilə anlaşdı

“Fənərbaxça”nın Dieqo Ribas ilə 3 illik anlaşdığı deyilir.

Pulika.az xəbər verir ki, bu barədə İspaniyanın “AS” qəzeti xəbər yayıb. Məlumata görə, ötən mövsümün ikinci yarısından “Atletiko”da forma geyinən braziliyalı oyunçu bundan sonrakı 3 il ərzində “Fənərbaxça” forması geyəcək. “Fənərbaxça” Dieqonun Avropadakı 6-cı komandasıdır.

Qeyd edək ki, Dieqo Ribas “Volfsburq”dan icarə əsasında “Atletiko” (Madrid) klubuna verilmişdi.

AS” qəzeti braziliyalı futbolçunun “Volfsburq”la müqaviləsinin başa çatdığını qeyd edərək, onun “Fənərbaxça” ilə müqaviləyə imza atacağını bildirib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm