“Çelsi” Olimpiya Stadionundan imtina etdi - 150 polis cəlb ediləcək
Bizi izləyin

İdman

“Çelsi” Olimpiya Stadionundan imtina etdi - 150 polis cəlb ediləcək

“Qarabağ” və “Çelsi” komandaları 22 noyabrda baş tutacaq oyundan qabaq son məşqlərini Bakı Olimpiya Stadionunda etməkdən imtina edib.

Publika.az xəbər verir ki, buna səbəb iki komandanın taktiki tapşırıqlarını bir-birilərindən gizlətmək istəməsi olub.

"Çelsi" klubu son məşqini bu gün saat 15:00-da "Bakcell Arena"da, “Qarabağ” isə 17:40-da "Azersun Arena"da keçirəcək.

“Qarabağ” klubunun meneceri Asif Əsgərov məsələ ilə bağlı açıqlama verib və baş məşqçi Antonio Kontenin məşqlə bağlı qatı prinsiplərinin olduğunu deyib:

“Antonio Konte hələ İtaliya millisini çalışdırarkən Azərbaycanla matça gələndə də oyunqabağı məşqi “Olimpiya” stadionunda yox, "Azersun Arena"da keçirmişdi. Belə addım atmaqda onun məqsədi bu idi ki, komandanın məşqi qapalı keçsin və heç kim hazırlığa baxa bilməsin.

O zaman ingilislər şərt qoymuşdular ki, kənar heç kim məşqə baxa bilməz. Bu dəfə də o, "Çelsi" üçün qapalı ərazini seçib. Hətta bildiyimə görə, futbolçuların motivasiyasını poza biləcək kənar təsirlərin olmaması üçün məşq zamanı stadiona 150 nəfərədək polis əməkdaşı cəlb olunacaq".

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm