Britaniya səfirindən "Qarabağa" JEST - FOTOLAR
Bizi izləyin

İdman

Britaniya səfirindən "Qarabağa" JEST - FOTOLAR

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi özünün "Facebook" səhifəsində bu gün baş tutacaq “Qarabağ” - “Çelsi” oyunu ilə bağlı maraqlı paylaşım edib.

Publika.az xəbər verir ki, səfir Karol Krofts üzərində “Qarabağ” və “Çelsi” klublarının logoları olan şərflə çəkdirdiyi fotonu paylaşıb.

Səhifə fotonu səfirin adından "niyə də yox?" başlığı ilə paylaşıb.

K.Krofts bunu hər iki komandaya dəstək məqsədilə paylaşdığını deyib:

""Qarabağ"- "Çelsi" qarşılaşmasının nəticələrindən aslı olmayaraq, biz Azərbaycan klubunun ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə düşməsini qeyd etməliyik. Bu, özlüyündə böyük nailiyyətdir".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm