Van Persi “Fənərbağça”dan ayrılır
Bizi izləyin

İdman

Van Persi “Fənərbağça”dan ayrılır

Türkiyənin “Fənərbaxça” klubu ulduz futbolçusu Robin van Persi ilə yollarını ayıracaq.

Publika.az xəbər verir ki, zədə üzündən uzun müddətdir yaşıl meydançaya ayaq basmayan Robin van Persi də müqaviləsinin qarşılıqlı şəkildə ləğv edilməsinə razılıq verib.

Hollandiyalı ulduzun gedəcəyi klub da artıq bəllidir. 34 yaşlı futbolçu ABŞ-ın MLS komandalarından olan “Los Anceles Qalaksi”də karyerasını davam etdirəcək.

“Fənərbaxça” isə milli komandada zədələndiyinə görə faydalana bilmədiyi forvardın yerini Elyif Elmasla dolduracaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm