"Qəbələ"nin baş məşqçi postuna 2 namizəd var
Bizi izləyin

İdman

"Qəbələ"nin baş məşqçi postuna 2 namizəd var

"Vaxtımızın olmadığını başa düşürük. Ona görə də məşqçi məsələsini həll etməyə tələsirik. Amma çox təəssüf ki, bu tez bir zamanda həll olunan bir şey deyil. Tələsik qərar qəbul etməklə sabah pis nəticələrə yol vermiş olarıq". Bu sözləri "Qəbələ"nin vitse-

"Vaxtımızın olmadığını başa düşürük. Ona görə də məşqçi məsələsini həll etməyə tələsirik. Amma çox təəssüf ki, bu tez bir zamanda həll olunan bir şey deyil. Tələsik qərar qəbul etməklə sabah pis nəticələrə yol vermiş olarıq". Bu sözləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

Klub rəsmisi bu gün baş məşqçi postuna namizədlərdən cavab ala biləcəklərini deyib: "Çox tələsmək də olmaz. Ancaq komanda ən geci iyunun 10-na kimi bir araya gəlməli və toplanış keçməlidi. Bunu nəzərə alıb təcili məşqçi namizədlərimizlə görüşlər keçirmişik. Hazırda üzərində dayandığımız namizədlər öz klublarında hazırda işləyir. Onlardan cavab gözləyirik. Artıq sabah (bu gün) bir cavab verərlərsə, onlardan biri ilə müqavilə imzalana bilər".

Nəcəfov bildirib ki, bu posta namizədlər ölkələrində tanınmış mütəxəssislərdi: "Hazırda iki əsas namizədimiz qalıb. Onlar ölkələrində tanınmış mütəxəssislərdi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm