"Qarabağ" - "Beşiktaş" yoldaşlıq oyunu haqda RƏSMİ AÇIQLAMA
Bizi izləyin

İdman

"Qarabağ" - "Beşiktaş" yoldaşlıq oyunu haqda RƏSMİ AÇIQLAMA

“Qarabağ” komandasının qış fasiləsindəki fəaliyyət planı açıqlanıb.

Publika.az xəbər verir ki, komanda bu gün Azərbaycan kuboku uğrunda keçiriləcək son matçdan sonra qış fasiləsinə yollanacaq.

9 yanvar tarixində isə Türkiyənin Antaliya şəhərinə təlim-məşq toplantısı üçün səfər edəcək. Qardaş ölkənin Aralıq dənizi sahilində yerləşən Bələk qəsəbəsində 24 günlük təlim-məşq toplantısı keçirəcək. Bu zaman ərzində “Qarabağ” Türkiyənin 5-6 klubu ilə hazırlıq matçına çıxacaq.

“Qarabağ”ın mətbuat xidmətindən Nurlan İbrahimovun verdiyi məlumata görə, yoldaşlıq matçına çıxacaq komandaların adları rəsmiləşdirilməsə də, onlar arasında “Beşiktaş” komandasının olmayacağı dəqiqdir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm