Azərbaycanlı hakimə Gürcüstanda iş verdilər
Bizi izləyin

İdman

Azərbaycanlı hakimə Gürcüstanda iş verdilər

Azərbaycanlı hakimə Gürcüstanda iş verdilər

Bir müdəət əvvəl hakimlikdən uzaqlaşdırılan Elçin Məmmədova Gürcüstandan təklif gəlib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı hakim özü korner.az-a açıqlamasında bildirib. Elçin Məmmədov hazırda müqavilənin şərtlərini müzakirə etdiklərini də söyləyib: “"Mən bura Gürcüstan Futbol Federasiyası tərəfindən dəvət almışam.

Burdakı hakimlərə təlim-məşq toplanışı çərçivəsində təlimlər, seminarlar keçirəm. Onların federasyası hakimlər üçün akademiya açmaq niyyətindədi. Mənim də onlara kömək etməyimi və onlarla birgə çalışmağımı istəyirlər.

Orada olduğum müddətdə işimdən zövq aldım, hətta onların dövlət televiziyası vasitəsilə çıxışım da oldu. Bu akademiya Qafqazda UEFA nəzdində yaradılmış ilk akademiya olacaq. MDB məkanında isə yalnız Rusiyada var".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm