Olimpiadaya gedən yol Bakıdan keçir – FOTOLAR
Bizi izləyin

İdman

Olimpiadaya gedən yol Bakıdan keçir – FOTOLAR

Olimpiadaya gedən yol Bakıdan keçir – FOTOLAR

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda atletika üzrə yeniyetmələr arasında Avropa təsnifat turniri başlayıb.

Publika.az xəbər verir ki, turnir atletikanın 18 növü üzrə keçirilir və Çinin Nanjinq şəhərində təşkil olunacaq yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Avropa təsnifat turnirdə 38 ölkədən 690 atlet birincilik uğrunda mübarizə aparır.

Bunlardan 333-ü qız, 357-si isə oğlan atletdir. Lisenziyaların sayı oğlanlar üçün 82, qızlar üçün 108 olacaq. Yarışda ölkəmizi 16 atlet – 9 oğlan, 7 qız idmançı təmsil edir. Qeyd edək ki, yarışın təntənəli açılış mərasimi bu gün saat 17-də olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm