Mata “MY”-in bazasına vertalyotla enəcək
Bizi izləyin

İdman

Mata “MY”-in bazasına vertalyotla enəcək

Mata “MY”-in bazasına vertalyotla enəcək

“Çelsi"nin futbolçusu Xuan Mata bundan sonra "Mançester Yunayted"in şərəfini qoruyacaq.

Publika.az-ın "BBC Sport"a istinadən verdiyi məlumata görə, London klubu "Mançester Yunayted"in 37 milyon funt sterlinq dəyərindəki təklifini qəbul edib.

Dünən məşqdə komanda yoldaşları və məşqçilərlə vidalaşan Mata, bu gün tibbi müayinədən keçəcək. Daha sonra ispan yarımmüdafiəçi "qırmızı şeytanlar"la 4.5 illik müqavilə imzalayacaq.

Matanın “Mançester Yunayted”in bazasına vertalyotla enəcəyi bildirilir.

Qeyd edək ki, bu, "MY" tarixində ən bahalı transfer olacaq. “MY” bundan əvvəl Dimitar Berbatovun transferi üçün 30.75 milyon funt sterlinq ödəmişdi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm