AFFA bilet saxtakarlığına münasibət bildirdi
Bizi izləyin

İdman

AFFA bilet saxtakarlığına münasibət bildirdi

AFFA bilet saxtakarlığına münasibət bildirdi

Bu gün Publika.az saytında dərc olunmuş “ABŞ-Azərbaycan oyununda yoxa çıxan 100 min dollar” başlıqlı yazıya AFFA-dan rəsmi münasibət gəlib.

Qeyd edək ki, yazıda vurğulanırdı ki, AFFA qarşılaşma üçün 500 bilet alıb və onu ABŞ-da yaşayan və təhsil alan həmyerlilərimizə paylamaq niyyətində olub. Ancaq nədənsə biletlər həmyerlilərimizə paylanılmayıb. Stadionda Azərbyacan millisini cəmisi 100 azarkeş izləyib ki, onlar da protokola uyğun olaraq AFFA-ya verilmiş biletlərin sahibləri olub.

AFFA-nın cavabını olduğu kimi təqdim edirik:

Hörmətli həmkarlar! Publika.az saytında dərc olunan “ABŞ-Azərbaycan oyununda yoxa çıxan 100 min dollar” başlıqlı yazıya AFFA-nın münasibətini verməyinizi xahiş edirik.

Məlumat üçün bildiririk ki, ABŞ-Azərbaycan milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyunu üçün protokola uyğun olaraq ABŞ Futbol Federasiyası tərəfindən AFFA üçün 100 bilet ayırılmışdı. Bundan əlavə, oyunda millimizə dəstək olmaq üçün ölkəmizin ABŞ-da olan səfirliyi, konsulluğu və baş sponsorumuz olan SOCAR-ın yerli nümayəndəliyi ilə əlaqə saxlanıldı. Beləliklə, baş konsul Nəsimi Ağayevin AFFA prezidenti Rövnəq Abdullayevə ünvanladığı rəsmi məktuba uyğun olaraq, orada yaşayan soydaşlarımız üçün AFFA-nın vəsaiti hesabına əlavə olaraq 500 bilet alınaraq aşağıdakı qaydada bölünüb və şəxsən rəsmi əməkdaşlara verilib.

1. Məmməd Talıbov (səfirlik) - 8 bilet

2. Nahid Ömərov (konsulluq) - 350 bilet

3. Rauf Məmmədov (SOCAR) - 205 bilet

4. Müstəqil 37 bilet (otelə və stadionun giriş qapısına gələn)

Qeyd edək ki, bu 500 bilet ən ucuz qiymətə hər biri 35 dollara alınıb (Ödəniş kağızı əlavə olunur).

Biletlərin azarkeşlərə niyə paylanılmaması ilə maraqlanıb-maraqlanmadıqlarını öyrənmək üçün Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. AFFA sözçüsü bildirdi ki, bu məsələ onların özü üçün də müəmmalıdır:

“Bizim işimiz biletləri alıb onlara vermək idi. Ancaq çox təəssüf ki, biz orada həmin sayda azarkeş görmədik. Bunun səbəbi ilə maraqlananda bizə bildirdilər ki, biletləri paylamışıq, amma həmvətənlərimiz oyuna gəlməyiblər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm