Millimiz Gürcüstan yığmasına qarşı
Bizi izləyin

İdman

Millimiz Gürcüstan yığmasına qarşı

Rəşad Sadıqovun baş məşqçilik etdiyi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalyadakı təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununa çıxacaq.

Publika.az xəbər verir ki, komanda bu gün Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Millimiz bu vaxtadək iki yoxlama görüşü keçirib. İlk dəfə “Alanyaspor” klubunun U-21 komandası ilə qarşılaşan təmsilçimiz 3:1 hesabı ilə qalib gəlib. İkinci görüşdə isə Albaniyanın U-20 yığmasına 0:1 hesabı ilə məğlub olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm