"Çelsi"nin yarımmüdafiəçisi "Keşlə"də
Bizi izləyin

İdman

"Çelsi"nin yarımmüdafiəçisi "Keşlə"də

2005-ci ildə İngiltərənin "Çelsi" klubuna transfer olunan qambiyalı futbolçu Ebrima Sohna “Keşlə”yə transfer edilir.

Publika.az xəbər verir ki, paytaxt təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə mövsüm sonunadək müqavilə imzalayacaq.

Qambiya millisinin üzvü yeni komandasına qoşulmaq üçün Antalyaya gedəcək.

Qeyd edək ki, 2005-ci ildə professional futbol karyerasına başlayan E.Sohna Qambiya, Finlandiya, Norveç, Qazaxıstan və Küveyt kimi ölkələrdə forma geyinib.

“Transfermarkt” Ebrima Sohnaya 100 000 avro qiymət qoyub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm