Dino Qurban Qurbanovdan DANIŞDI: "Özüm və ailəmlə bağlı..."
Bizi izləyin

İdman

Dino Qurban Qurbanovdan DANIŞDI: "Özüm və ailəmlə bağlı..."

“Qarabağ”dan Çinin “Xançjou Qrintaun” klubuna göndərilən Dino Ndlovu transferi barədə açıqlama verib.

Publika.az xəbər verir ki, CAR-lı futbolçu Ağdam təmsilçisindən ayrılmaq səbəbini açıqlayıb:

“Qarabağ”dan ayrılmaq niyyətim yox idi. Yaxşı bir iş görüb məşqçi ilə danışdım. Hiss etdim ki, Qurban Qurbanov mənimlə yeni müqavilə bağlamaq istəmir. Digər oyunçuların müqaviləsi uzadıldı, mənim isə yox. Özüm və ailəmlə bağlı realist olmalı idim. Gələcəyimi təhlükəyə ata bilməzdim. Bu səbəbdən də belə qərar verdim. Mənim hədəfim heç zaman dəyişmədi. Burada “Qarabağ”da etdiklərimdən daha yaxşısını etmək istəyirəm. Ümid edirəm ki, klubumun Superliqaya qayıtmasına kömək edib daha çox qollar vuracam”.

Qeyd edək ki, CAR millisinin üzvü “Qarabağ”ın heyətində 59 oyuna çıxıb, 24 qol vurub. Dino “Qarabağ”ın Çempionlar Liqasındakı iştirakı zamanı xüsusilə fərqlənib.

“Transfermarkt” mərkəz hücumçusuna 700 000 avro qiymət qoyub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm