Azərbaycanın iki təmsilçisi Çempionlar Liqasında
Bizi izləyin

İdman

Azərbaycanın iki təmsilçisi Çempionlar Liqasında

Azərbaycanın iki təmsilçisi Çempionlar Liqasında

2014/2015 mövsümündə qadın voleybolçuların CEV Çempionlar liqasında Azərbaycanı son ölkə çempionu “Rabitə” və gümüş medalın sahibi “Azəryol” komandası təmsil edəcək.

Publika.az xəbər verir ki, Rusiya və Türkiyənin 3 komandası yarışda mübarizə aparacaq.

Qadınların CEV Çempionlar liqasında iştirak edəcək komandaların siyahisi belədir: "Rabitə", "Azəryol" (hər ikisi Azərbaycan), “Fənərbaxça”, “Vakıfbank”, “Eczacıbaşı” (hər üçü Türkiyə), "Dinamo Kazan", "Dinamo Moskva", "Omiçka" (hər üçü Rusiya), "Piaçenza", "Yamamay" (hər ikisi İtaliya), "Çemik Police", "İmpel Vroçlav" (hər ikisi Polşa), "Kann", "Nant" (hər ikisi Fransa), “Proşteyov” (Çexiya), "Salo" (Finlandiya), "Drezdner" (Almaniya), “Stinta Bakau” (Rumuniya), "Partizan" (Serbiya), "Volero" (İsveçrə).

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm