Mustafa Dənizlinin tərbiyə(si)vi “metodika”sı-“Meydanda inək kimi duruyor”
Bizi izləyin

İdman

Mustafa Dənizlinin tərbiyə(si)vi “metodika”sı-“Meydanda inək kimi duruyor”

Mustafa Dənizlinin tərbiyə(si)vi “metodika”sı-“Meydanda inək kimi duruyor”

Hazırda Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”nı düşərgəsində yaxşı əhval-ruhiyyə hökm sürmür.

Publika.az xəbər verir ki, komandanın düşərgəsində sağlam mühitin olmamasının günahkarı baş məşqçi Mustafa Dənizlidi. Türkiyəli mütəxəssis məşqlər zamanı futbolçuları ağır təhqirlərə məruz qoyur.

O, futbolçulara xitabən “bu gerizəkalıdı”, “meydanda inək kimi duruyor”, “bütün gələn toplarda bu kafasızın yanlışı var” kimi ifadələri ucadan deməklə, hər kəsi təəcübləndirir.

Bu cür təhqirlər daha çox Nildo və Zohair Benuahiyə ünvanlanır. Hətta yerli futbolçulara da təhqiramiz ifadələr ünvanlayan türkiyəli mütəxəssis özü haqqında mənfi rəy formalaşdırır.

Təcrübəli bir məşqçinin hamının gözü qarşısında futbolçuları ağır formada təhqir etməsi “Xəzər Lənkəran”ın qara günlərindən xəbər verir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm