İdman
AFFA baş məşqçiyə ağır cəza verdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Publika.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” – “Zirə” matçında baş verənlər geniş müzakirə olunub.
Komitə oyunun video yazısını izlədikdən sonra “Zirə”ni 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat cərimələnib, baş məşqçi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyi üçün 5 oyunluq cəzalanıb və klub 4000 manat ziyana düşüb. Baş məşqçiyə verilmiş 5 oyunluq cəzanın 3 oyunu şərti tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində o, yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
Bundan başqa, “Qəbələ”nin futbolçuları Qismət Alıyev və Cavid Hüseynov, “Zirə”nin legionerləri Riçard Qadze və Sadio Tounkara aqressiv hərəkətlərə yol vermələri səbəbindən 2 oyunluq cəzalanıb, hər iki klub 3200 manat cərimə olunub.
“Qəbələ” klubu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimələnib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.
Komandanın məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimələnib.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."