Almaniyadan Kanadaya OLAY İSMARIŞ: "Onları qucaqlayın, isti şokolad verin"
Bizi izləyin

İdman

Almaniyadan Kanadaya OLAY İSMARIŞ: "Onları qucaqlayın, isti şokolad verin"

Almaniyann Xarici İşlər Nazirliyi rəsmi tvitter hesabından maraqlı paylaşım edib.

Publika.az xəbər verir ki, Almaniya Buz Xokkeyi Milli Komandasının 2018 Qış Olimpiya Oyunlarında Kanada millisini məğlub etməsi ölkədə böyük əks-səda ilə qarşılanıb.

Almaniya millisi 4-3 hesabı ilə Kanadanı məğlub edərək ilk dəfə final mərhələsinə yüksəlib. Xarici İşlər Nazirliyi bu qələbədən sonra vətəndaşları üçün Kanadaya zarafatla səyahət xəbərdarlığı yayımlayıb. Xəbərdarlıqda “Kanadada yaşayan almanlar yüksək səviyyədə empatiya hissinə önəm verməlidir: Nəzakətli olun, qürurlanmayın, onları qucaqlayın və isti şokolada dəvət edin. Sadəcə Kanada Almaniyanı futbolda udsaydı, necə hiss edəcəyinizi düşünün” ifadələri işlədilib.

Kanada Xarici İşlər Nazirliyi isə bu zarafatın qarşılığında Almaniyanı təbrik edib.

Qeyd edək ki, final qarşılaşmasında Almaniya Rusiyanın Buz Xokkeyi Milli Komandası ilə qarşılaşacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm