İstanbul derbisində Kuarejma şou göstərdi - - VİDEO
Bizi izləyin

İdman

İstanbul derbisində Kuarejma şou göstərdi - - VİDEO

Fevralın 25-də futbol üzrə Türkiyə Super Liqasının 23-cü turunun növbəti oyunları keçirilib.

Publika.az xəbər verir ki, turun maraqla gözlənilən mərkəzi qarşılaşmasında son çempion "Beşiktaş" "Fənərbaxça"nı qəbul edib.

Çempionluq uğrunda mübarizə aparan komandaların qarşılaşması 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Beləliklə, son 15 oyununda məğlub olmayan rəqibinə qalib gələn "Beşiktaş" bu oyundan sonra xallarının sayını 44-ə çatdıraraq turnir cədvəlində "Fənərbaxça"nı qabaqlayıb və 3-cü pilləyə yüksəlib.

Bu görüş cari mövsümdə Super Liqada ən çox tamaşaçının baxdığı qarşılaşmalardan biri olub. "Vodafon Park"da oyunu 35 mindən çox tamaşaçı izləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm