İngiltərəni xilas edən azərbaycanlı animasiya filmində
Bizi izləyin

İdman

İngiltərəni xilas edən azərbaycanlı animasiya filmində

İngiltərəni xilas edən azərbaycanlı animasiya filmində

Məşhur idman portalı “Goal.com” maraqlı animasiya filmi hazırlayıb.

Publika.az xəbər verir ki, 2 dəqiqəlik rolikdə İngiltərənin dünya çempionatları tarixindəki maraqlı anlar göstərilir.

Həmin animasiya filmində verdiyi qərarla İngiltərə tarixinə adını yazdırmış Tofiq Bəhramov da var. Elə qısa rolikdə də onun qərar verdiyi an təsvir olunub.

Qeyd edək ki, əfsanəvi hakim 1966-cı ildə İngiltərədə keçirilən VIII dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar “Uembli” stadionuna toplaşmış 98000 izləyicinin yaddaşına həkk olmuş və dünya futbol tarixinə qızıl hərflərlə yazılmışdı.

Həmin videonu təqdim edirik:

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm