Daha bir məşhur Çin klubunda
Bizi izləyin

İdman

Daha bir məşhur Çin klubunda

Almaniyalı mütəxəssis Bernd Şuster özünə yeni iş yeri tapıb.

Publika.az xəbər verir ki, o, bundan sonra Çinin “Dalian Yifanq” klubunu çalışdıracaq. Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu mövsümkü uğursuz çıxış səbəbindən komandanın baş məşqçisi Ma Lin istefaya göndərilib. Çinli mütəxəssisi isə bu postda Şusterin əvəz edəcəyi açıqlanıb.

“Dalian Yifanq” Çin Super Liqasına bu mövsüm vəsiqə qazanıb. Sözügedən klub bir müddət öncə Madrid “Atletiko”sundan Yannik Karrasko, Niko Qaytan kimi futbolçuları transfer etməklə iddiasını ortaya qoyub.

Şuster isə son olaraq 2013/14 mövsümündə İspaniyanın “Malaqa” klubunu çalışdırıb. Almaniyalı mütəxəssis Madrid “Real”ında, Almaniyanın “Köln”, Ukraynanın “Şaxtyor”, Türkiyənin “Beşiktaş” klublarında da baş məşqçi olub. (Futbolinfo.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm