“Qəbələ” finalda
Bizi izləyin

İdman

“Qəbələ” finalda

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, cavab oyunları çərçivəsində iki qarşılaşma finalçıların adlarına aydınlıq gətirib.

“Keşlə” evdə qazandığı 1:0 hesablı qələbədən sonra Sumqayıtda eyniadlı komandanın qonağı olub. 1:1 hesablı bərabərliyə nail olan Bakı klubu finala yüksələn ilk komanda olub.

Digər qarşılaşmada isə Tərlan Əhmədovun çalışdırdığı “Neftçi” Qəbələdəki 2:1 hesablı qələbənin revanşında eyniadlı komandanı qəbul edib. Roman Qriqorçukun rəhbərlik etdiyi əyalət klubu böyük əzmkarlıq göstərərək 3:1 hesabı ilə qalibiyyət əldə edib və finala çıxan ikinci komanda olub.

Azərbaycan kuboku. Yarımfinal

Cavab oyunları

18 aprel

“Neftçi” – “Qəbələ” - 1:3

Qollar: Mustivar, 10 - Dabo, 21, 30, Cavid Hüseynov, 61 (pen.)

İlk oyun – 2:1

“Sumqayıt” – “Keşlə” - 1:1

Qollar: Cavid İmamverdiyev, 64 - Sezar Meza Kolli, 62

İlk oyun – 0:1

Oxumağa davam et
Reklam
Reklam

Gündəm